Tarix : 2008 Aug 11
Kod 6478

Azərbaycan Respublikasının Şairləri

.
Azərbaijan Servisi/Aran Agentliyi
Yazıçı: Vəli Cabbarı
Şiə Sosiologiya fakültəsinin Magistri
Azərbaycan Respublikasının Şairləri
Xülasə:
Aran saytının keçmiş iki Jurnalinda Azərbaycan Respublikasında Ruhanilərin vəziyyəti və ötən 200 ilin ərzində çəkdikləri ictimai, siyasi və mənvi əziyyətləri nəşr etdirdi.Bu məqalədə isə əldə olan qaynaqlara istinad edərək, bu ölkənin şairlərini araşdıracayıq.
§ Giriş
Azərbaycan qədim zamanlardan bəri şer, musiqi və incəsənət ocağı olub və tarix boyunca böyük şairləri ərsəyə yetirib.18 əsrdə Azərbaycan respublikası çar dövlətinin hiyləsilə öz ölkəsindən, İrandan ayrılmasına baxmayaraq, bu ərazilərdə yaşayan şairlərin(Fars və Ərəb dilində əsərləri vardır)həyatını araşdırmağı özümüzə borc bilirik.Məhəmmədəli Tərbiyət"Azərbaycan Alimləri"adlı əsərində yazıb:-"tarixi və elmi araşdırmalar göstərir ki, Azərbaycanın alimləri və şairləri, Rusiyaya birləşmədən öncə farsca əsərlər yaradıblar.çünki, İranlı və müsəlmandilər.
"indiki Azərbaycan respublikasında, Arazın şimalində, farsca yazan şairlər 171 nəfərdilər, o cümlədən Ordubadda16 nəfər, Bakıda 6 nəfər, Bərdədə1nəfər, Beyləqanda 6 nəfər, Şirvanda 47 nəfər, Qarabağda 59 nəfər, Gəncədə 36 nəfər, Naxçıvanda 4 nəfər.Nəsimi və Füzuli kimi şairlər üç dildə Fars, Ərəb və Azərbaycan dillərində əsərlər yazıblar. Arazın şimalində Şirvan, Gəncə və Naxçıvanda yaşayan başqa farsca yazan şairlər, o cümlədən Nizami Gəncəvi, Xurşidbanu Natəvan və sa.İranın varlığını və mədəniyyətini qoruyan dəyərli miraslardandılar.biz bu mirasın qorunmasında çalışmalıyıq.bu ədəbi ulduzlar bütün bəşəriyyətə aiddilər."1
§ Nizami Gəncəvi
Əbu Məhəmməd İlyas ibn Yusif Gəncəyi(Həkim Yusif ibn Moveyyd Nizami Gəncəvi)böyük alimlərdən və mütəfəkkirlərdən biridir.öz fəlsəfi görüşlərini"Pənc gənc"(Beş xəzinə), "Sirlər xəzinəsi", "Leyli və Məcnun", "Xosrov və Şirin", "Yeddi gözəl", "İsgəndərnamə" və şer divanında qəsidələri, qəzəlləri və rübailəri mövcuddur.
"O, məşhur hikayə yazanlardan biri və pars dilinin təməli sayılır.bütün ömrünü Gəncə şəhərində keçirmiş Atabəylər sülasəsi ilə, yerli xanlıqlarla, o cümlədən Şirvan, Ərzincan, Marağa və Mosul Atabəylərin dövründə yaşamışdı və onların adı ilə bağlı poemalarını yazmışdır.Nizami yeni janrın yaranmasında və təkmilləşməsində böyük rolu olmuşdur. yeni janr yüksək səviyədə Nizaminin vasitəsilə12-ci əsrin sonlarında Fars dilində təkmilləşdirdi.Nizami, yeni sözlərin istifadəsində və hər mövzuda yeni məzmunun yaranmasında, xəyali təsvirlərin təşkili, uyğun yerlərdə təşbeh və yeni istarələrin istifadə etməsində misilsiz şairlərdən biridir.onun əsərlərində Ərəb mənşəli sözlərə, elmi terminlərə, fiqh və fəlsəfi sözlərə rast gəlirik.Nizami çoxlu şairlərin məktəbi olub və bu günə kimi onun əsərləri oxunur.
جوانی گفت پیری را به تدبیر             که یار از من گریزد چون شوم پیر
جوابش داد پیر نغز گفتار                   که در پیری تو خود بگریزی از یار
بر آن سر کآسمان سیماب ریزد چو سیماب ازبت سیمین گریزد (2)
Nizami ən məşahur farsdilli şairlərdən biridir.fəlsəfə və fiqh elmi ilə tanış idi və sufizm təriqətinə inanırdı.şair "İsgəndərnamə"əsərində Əflatunun, Ərəstunun, Sokratın fəlsəfi fikirlərini əks etdirib.hətt o, Məhəmməd Peyğəmbərin vəsfində də şeri vardır."3
Həyatının ortalarından etibarən məsnəvi yazmağa başlamışdır, 45 ildən çox məsnəvi yazmışdır və 5 məşhur poeması var. Bu poemalar"Xəmsə" və ya"Pənc gənc"(Beş xəzinə)adı ilə nəşr edilib.onun 31.600 beyt şeri var:
نظامی که در نظم او لا کلام                       جهان سخن راست نظم و نظام (4)
Məmmədəli Tərbiyyət, "Azərbaycan Alimləri"adlı əsərində yazıb:-"Nizami əbu Məhəmməd Nizaməddin İlyas ibn Moyed Gəncəvi, İran şairlərinin şairi və Azərbaycanın fəsahətli şairidir və məsnəvi yazan farsdilli şairlərdəndir.ilk poeması"Sirlər xəzinəsi"-1174-75-ci illərdə yazılmış və Fəxrəddin Bəhram şaha həsr edilmişdir. İran və Hindistanın yüzlərlə şairi bu poemaya nəzirələr yazıblar, ancaq heç biri Nizaminin əsəri kimi fəsahətləli olmayıb.ikinci poeması"Xosrov və Şirin"-1180-81-ci illərdə tamamlanmış və Məhəmməd Cahan Pəhləvana həsr edilimişdir.bu poemanın hikayələri Sasani dövrünə aiddir.üçünçü poema"Leyli və Məcnun"-Axistanın sifarişi ilə 1188-ci ildə yazılmışdır, bu əsərdə Ərəb dilində olan hikayələr Fars dilinə tərcümə edilib.dördünçü poema"Yeddi gözəl"-1197-ci ildə yazmışdır və Marağa hakimi Əlaəddin Körpə Arslana həsr edilimişdir, Sasani dövrünün hikayələri əks olunub.beşinci poema "İsgəndərnamə"iki hissədən ibarətdir:"İqbalnamə"(Tale kitabı), "Şərəfnamə"(Şərəfnamə).1200-ci ildə tamamlanmış və Nüsrətəddin Əbubəkr ibn Məhəmmədə həsr edilmişdir.o dövürdə Nizami 60 yaşı ötmüşdür.şairin həm lirik, həm də epik əsərləri var.bu 5 əsər İranda, Hindistanda və Avropada dəfələrlə nəşr edilib."5
Böyük şair Nizami, 1141-ci ildə anadan olmuş və 1209-cu ildə vəfat etmişdir.Nizaminin məzarı Gəncə şəhərinin 5 km girişində yerləşir və son zamanlar təmir edilib.buna baxmayaraq ki, son iki əsrdə İran, Azərbaycan və İslam düşmənləri, Azərbaycan-İran arasında olan tarixi və mədəni əlaqələrindəki bağlılığı məhv etməyə çalışırlar, amma indiyə kimi buna nail olmayıblar.bu məzarlığın divarında Pars və İranlı şerlər yazılıbdır.
همه عالم تن است و ایران دل                              نیست گوینده زین قیاس خجل
چون که ایران دل زمین باشد                       دل ز تــن به بود یقیــن باشـد
§ Xaqani Şirvani
İranın məşhur şairlərindən biri olan Xaqani Şirvani "Zamanın Hesanına"məşhurdur.ona şairlərin sulatanı da demişdilər. 1199-cu ildə vəfat etmişdir.onun məzarı Təbrizdə "Məqbərət-ül-şüəra" dadır (yüzlərlə Azərbaycan və İran şairi burada dəfn olunub).Hissan-ul-Əcəm Xaqani Şirvani, əvvəlcə "Həqayiqi"təxəllüsü ilə şer yazmışdır.atası dülgər və anası Roma kənizi idi, sonralar İslam dini qəbul etmişdir.Xaqani fəlsəfəni və bütün elmləri həkim olan əmisindən öyrənmişdir.bir müddət Əbül-Üla Gəncəvinin nəzdində tələbə olmuşdur.müəlliminin yardımı ilə Şirvan şahının qulluğunda oldu və "Xaqani"təxəllüsünü seçmişdir və bu xaqandan sonra onun oğlu böyük xaqan Əxbistanın quluğunda oldu.iki dəfə Məkkəyə səfər etdi.Məkkə səfərindən sonra çoxlu çətinliklərlə üzləşdi.Xaqaninin şer divanından(qəsidələr, qəzəllər,...)başqa "Töhfətül-İraqeyn" əsri də vardır.Xaqni qəsidə yazan ən böyük şairlərdən biridir və Fars şerinin əsasını təşkil edir.onun şer üslubu üzun müddət istifadə edilib.yeni tərkiblərin, yeni təşbehlərin söz ustasıdır.müxtəlif elmləri, o cümlədən astronomiya, tibb, fəlsəfə və ədəbiyyat elmlərini bildiyinə görə əksər şerlərinin məzmunu elmidir.
هان ای دل عبرت بین از دیده نظر کن هان         ایــوان مدایــن را آئینـه عبــرت دان
یک ره ز ره دجلـه منــزل به مدایـن کـن            وز دیده روم دجله بر خاک مداین ران
"Xaqaninin şer müəllimi Əbül-Üla idi.Səncər dövlətinin süquti zamanı Xorasana səfər etmişdi.Saray müəllimi olmaq təklifini rədd etmiş və həmin səfərdə məşhur qəsidəsini yazmışdı.Şirvanda bir il həbs edilmişdi.İsfəhan səfərində oğlu vəfat etmişdi.onun əzasında mərsiyələr yazmışdı.Xaqani güclü şair və Fars dilinin böyük alimlərindəndir. Xaqaninin şer divanından başqa "Töhfətül-İraqeyn"(Ərəb-Əcəm)əsri də vardır.şair, şahların mədhində şerlər yazmışdı, ancaq Məkkə ziyarətindən sonra tövbə etmiş, Allaha mədhiyyələr yazmışdır."7
§ Füzuli
Azərbaycanın məşhur şairlərindən biri də Füzulidir.Füzuli şəhərində(Bu ərazi ermənilərin işğalındadır.ermənilər, Qarabağ adlı bir ölkənin təşkilinə iddia edirlər.halbuki, qədim zamanlardan bəri bu ərazi İran və Azərbaycanın daxilində olmuşdur.)anadan olmuşdur.Füzulinin əksər şerləri farscadır."Mövlana Məhəmməd ibn Süleyman Füzuli 16-cı əsrin şairidi.Azərbaycanlı olmasına baxmayaraq İraqda yaşamışdır.şairin üç dildə Fars, Ərəb və Azərbycan dilində əsərləri var.Şairin əsərlərini oxuduğumuz zaman məlum olur ki, Səfəvilər dövründə Osmanlı və Hind saraylarında farsca yazan şairlər olmuşdur, xüsusi ilə Azərbaycanın şimalində farsca yazan şair çox olmuşdur."8
§ Nəsimi
İndiki Azərbaycanın məşhur şairlərindən biri də Nəsimidir.Seyid İmadəddin Nəsimi Şamaxıda anadan olmuşdur.üç dildə Fars, Ərəb və Azərbaycanca yazıb.Hürufiliyə inanmış və buna görə də öldürülmüşdür.
Qeyd etdiyimiz bir neçə şairdən başqa bu ərazidə yaşayan şairlərin şəhərlərinin əsasında onları təqdim edəcəyik.
A.    Şirvan Şairləri*
Azərbaycan respublikasının yaşıl və dağlıq ərazisi Şirvan bölgəsidir, buranın əhalisi ədəbiyyat sevən və qonaq sevəndilər. çoxlu şairlər buradan ərsəyə çatıbdılar.
§ Seyid Hüseyn Vazeh Şirvani
dərin biliyə sahib olan şair həm də xəttat idi və "Feyzi" təxəllüsü ilə yazmışdı.
گفتی توان به آن مه نامهربان رسید     گر بگذری ز خود ، به خدا می توان رسید
§ Şeyxül-Arif billah Seyid Yəhya binəseyid Bəhaəddin Şirvani
Zahidlik təriqətinə inanan şair, Bakıda mədrəsəsi və monastırı olmuşdur.məzarı da oradadır.bir neçə kitabın müəllifidir, o cümlədən "Əsrarul-Talebin"24 fəsildən ibarətdir və La ilahə illəllah hərflərin ədədi ilə, "Şəfaul-Əsrar", "Əsrar-i Vəhy", "Şərh-i Gülşən" və şer divanı.
§ Nişat Şirvani
18-ci əsrin əvvəllərində Şamaxıda anadan olmuş və Şirvanda yaşamışdır.onun çoxlu şerləri Azərbaycan və Fars dilindədir."Xeyriyyə"adlı kitabın müəllifidir.1712-ci ildə vəfat etmişdir.
§ Ağa Məsih Şirvani
18-ci əsrin əvvəllərində Şamaxı rayonunun Günəş adlı kəndində anadan olmuşdur.o, Vaqif və Nişatın dövründə yaşamışdır.müxtəlif qəliblərdə, o cümlədən farsca və azərbaycanca qəzəlləri var.
§ Kəmaləddin Məsud Şirvani
Fəthüllah Şirvaninin şagirdi olmuşdur.müxtəlif elmləri, o cümlədən məntiq, fəlsəfə, fiqh və sa. öyrəmişdir.neçə il müəllimlik etmişdir və 907-ci ildə vəfat etmişdir."Mövlana Məsud Həvaşı", "Hikmətül-Eyn","Təvalih-ul-Ənvar","Məqavif", "Adabul-Bəhs"adlı kitabların müəllifidir.
§ Fələki Şirvani
Şamaxıda anadan olmuş və Xaqani ilə bir dövürdə yaşamışdır."Nücum"elminə dair kitabın müəllifidir və təxəllüsü bu kitabla əlaqədardır.o, Xaqaninin müəllimi və Əbül-Ülanın şagirdi olmuşdur.ona aid 7 min beyt şer var, yalnız 1.200 beyti əlimizə çatıb.
§ Şəmsül-Şüəra
Xaqni və Əbül-Ülya ilə bir dövürdə yaşayan şair, Şamaxıda anadan olmuşdur."Şerlərin xülasəsi" və "Sadiq Şahid"adlı kitabları var.577-ci ildə vəfat etmişdir.7 mindən çox şeri vardır.
§ Əbdi Şirvani
Gözəl xəttat və natiq idi.qəzəl yazan şairdir.bəzilərin fikrincə, şair sofi idi və 975-ci ildə Təbrizdə vəfat etmişdir.
درجهان جزعاشقی كاری ندارم اختیار        چون كنم جزعشق اوازپیر واستادم نبود
§ Ətiqi Şirvani
Bəktaşılardan idi.
جائی كه لطف او در امید باز كرد               معصـوم انفعــال كشـد از گناهكــار
§ Haci Seyid Əzim Şirvani
Təxəllüsü"Seyd"dir, Şirvan vilayətindəndir.1251-ci ildə anadan olmuş və 1308-ci ildə vəfat etmişdir.şer divanı və məsnəvisi çap olunub.
§ Hac Zeynalabdin Şirvani
1194-cü ilin Şəban ayının ortasında Şamaxıda anadan olmuşdur.6 aylığında atası və ailəsi Kərbəlaya köçmüşdü.17 yaşına kimi təhsil almış, sonra Hindistandan Türkistana qədər səfər etmişdir.1327-ci ildə "Rəyazul-Səyahə"adlı kitabı Tehranda nəşr olundu.bir müddət sonra "Hədayiqul-Səyahə"və"Bostanul-Səyahə"adlı əsərlər nəşr olmuşdur.13-cü əsrin ən məşhur kitablarıdır.1253-cü ildə vəfat etmişdir.onun təxəllüsü "Təmkin"dir.
§ Mir İlahi Şirvani
Gözəl natiq idi və divanı var.
عاقبت گو سرخود گیر و برو از بر ما                ما نداریم سر آن که ندارد سر ما
بحر با ما چه زند لاف که با این همه شور        طفل اشگی است به گهواره چشم تر ما
ای خفر صاحب دیوان الهی مائیم                 عمر جاوید و مدی بود از دفتر ما
§ Əbu Tahir Şirvani
Dərin biliyə sahib idi.
عجب آید مرا ز مردم پیر                   که چرا موی را خضاب کنند
به خضاب از اجل چو کس نرهد          خویشتن را چرا عذاب کنند
§ Atəşi Şirvani
iki məşhur beyt şer bu şairə aiddir.
صبحدم کاین زورق زرین به امر دادگر     شد روان بر روی این دریای سبز پر درر
از این پس پرده زلیخائی سحرگه رخ نمود   همچو یوسف کو برآورد از درون چاه سر
§ Mirzə Məhəmməd ibn Həsən Şirvani
یاد تو كنم دلم پر از خون گردد              ویـن دیده اشـك خیز جیحون گـردد
 
§ Fəthi Şirvani
مــاه رویــا قــل هــوالله احــــد         ایـن چـه رخسـار اسـت الله الصمـد
لـم یــلد بـی مثل یـولد كه اوست          آفـریـد از گـل بـدیـن خوبـی جسد
§ İzzəddin Şirvani
خیز و سیاره می در افق جام انداز                دانـه لعـل در آن حقـة زرفــام انـداز
§ Bahar(Mirzə Nəsrüllah Xan)
Şirvan əhalisindəndir.cavanlığında səyahət və ticarət üçün Hindistana getmişdi və bir müddət orada yaşamışdı.1275-ci ildə Tehranda "Məcməəl-Fəsa"adlı əsrdə şerləri nəşr olmuşdur.1247-ci ildə Şirvanda anadan olmuş və 1297-ci ildə Təbrizə gəlmiş və 1300-ci ildə vəfat etmişdir.onun divani iki dildə farsca və azərbaycancadır.iki məsnəvisi "Töhfətül-İraqeyn"və "Nərgis və Gül"adlı əsrləri nəzm şəklində yazmışdır.
§ Zülfiqar (Seyid Qəvaməddin Hüseyn ibn Sədrəddin Əli Şirvani)
7-ci əsrin şairi idi.679(h.q) Təbrizdə vəfat etmişdir.Surxab və Təbrizin Məqbərətul-Şüərasında dəfn edilmişdir.
§ Şakir Şirvani
11-ci əsrin məşhur şairidir.Şirvanda anadan olmuş və orada təhsil almışdır.Şakir "Füzuli"məktəbinin davamçısı idi.onun farsca və azərbaycanca qəzəlləri var.Şirvanın başqa şairləri bunlardır: Salih Şirvani, Məhcur Şirvani, Məhüşi Şirvani, Şah Şirvani(13h.q şairləri), Həlimi Şirvani(10 h.q), Sənai Şirvani(müasir), Mirzə Hüseyn Zəlali Şirvani, Seyid Əzim Şirvani(Əhli-beytin mədhində yazanlar 19 əsr), Mirzə Nəsrüllah Bahar Şirvani, Həzin, Cəmaləddin Xəlil Şirvani,Kəmaləddin Məsud(10 h), Fərəhi Şirvani və...
B.    Naxçıvan Şairləri*
§ Hind və Şah ibn Səncər ibn Abdullah sahibi Kiryani Naxçıvanı
8-ci əsrin məşhur şairidir.674-cü ildə Kaşanın başçısı olmuşdur.730-cu ildə"Məniəl-Fəzla"adlı kitabı yazmışdır.Fars dilinə "Təcaribul-Səfa"adlı kitabi tərcümə etmişdir.o, şer sevən şəxs idi.
§ Naci Ordubadi
Bir müddət Təbrizdə yaşamış sonra Hindistana getmişdir və orada vəfat etmişdir.o, şair idi.
§ Mirzə Zeynalabdin Monşi Ordubadi
Mirzə Əbdül-Hüseyn Monşiol-Məmalikin varisi idi.Hatəm bəy Etimaddövlənin əmioğlusu idi. 1014-ci(h.q)ildə Ciğal oğlunun Azərbaycana gəlişi və şah Abbasın savaşları haqqında şerləri var.
§ Mirzə Məhəmməd Monşi Ordubadi
ikinci şah İsmayıl səfəvinin (Şah Abbas dövründə)yaxınlarından idi.
§ Fikri Ordubadi
§ Mirzə Sadıq Ordubadi
Mirzə Kafinin qardaşoğlusu idi.970-ci ildə Hindistana səfər etdi.988-ci ildə Caminin, Dəvaninin və sa.şerlərinə rubailər və izahat yazmışdı.
چشمم زرك ابرو فزون می گیـرد              چشمی بگشا ببین كه چون می گرید
بر خاك غریبی بچه خواری خفتی             بـر بی كسی تـوخـون دل می گرید
 
§ Salik Ordubadi
13(h.q)şairlərindəndir və azərbaycanca şerləri var.
§ Şah Hüseyn Ordubadi
Xorasana getmiş və orada məşhur olmuşdur.
§ Rami Ordubadı
بیان درد تو کار زبان نمی باشد            جهان جهان غم دل را بیان نمی باشد
مرام تازه بود هر دلی که عشق دراوست                  به بوستان محبت خزان نمی باشد.
§ Baba Nemətüllah Naxçıvanı
10-cu əsrin məşhur şairidir.900(h.q)-cu ildə "Bizavi və Fəsusul-Həkəm Məhiəddin"adlı əsərlərə izah yazmışdır.901-ci ildə iki ciliddə olan "Əlfəvatihul-İlahiyyə"və"Əlməfatihul-Qeybiyyə"adlı əsrlərin təfsirini yazmış və Misirdə çap edilmişdir.Şəbistərinin"Gülşən-i Raz"adlı əsərinə izah yazmışdır.
§ Fəqir Ordubadi
"Ordubad Şairləri"adlı təşkilatın fəal üzvi idi.farsca və azərbaycanca şerləri vardır.
C.    Gəncə Şairləri*
§ Məhsəti Gəncəvi
Mənkühəpur Xətib Gəncəvi 5-ci(h)əsrin şairi və Sultan Mahmud Qəznəvinin dövründə yaşamışdır.tarixçilər və ədəbiyyatçılar bir çox şerləri, o cümlədən rübai və məsnəviləri ona aid ediblər.
غمت در نهان خانه دل نشیند                      بنازی كه لیلی به محمل نشیند.    
§ Məsahib Gəncəvi
Kərbəlayi Əlixan Ziyad oğlu, Gəncə və Qarabağın bəylərbəyi və ikinci şah Abbasın dövründə natiq və qəzəl yazan idi.
که چون مادر به جور او ستیزد            هم او در دامن مادر گریز
الا یاایهاالساقی ادركاساً وناولها             كه ازدوران ساغرگشت برماحل مشكلها
§ Şeyx İbrahim Qodsi Gəncəvi
13(h.q)-cü əsrin şairlərindəndir.1231-ci ildə anadan olmuş və 1281-ci ildə vəfat etmişdir.onun farsca və azərbaycanca şerləri vardır.
§ Əbül-Üla
Nizaməddin Mahmud Gəncəvi, ikinci Mənücöhrün dövründə yaşamış və "Şairlər şairi"ləqəbini qazanmışdır.Xaqani onun kürəkən idi.
§ Pərto
Məhəmməd Kərim xan Pərto, Gəncə və Qarabağ xanı idi və şair idi.
§ Mirzə Şəfi Vazeh, Kəfai Gəncəvi(Təbəristanın hakimilərinə mədhiyyə yazanlar), Eştiyaq, Gəncəvi(13h.q Azərbaycan natiqi), Mirzə Şəfi Vazeh(1001 gecə əsəri), Hedayət Xaki(19-cu əsr), Mirzə Hüseyn Salar, Molla Abbas Şölə,...bu ərazinin başqa şairlərindəndilər ki, Fars və Azərbaycan dilində şerləri vardır.
D.   Qarabağ şairləri*
§ Molla Pənah Vaqif
1717-ci ildə Qazax əyalətinin Səlahlı kəndində anadan olmuşdur.böyük alim Şəfi Əfəndinin şagirdi olmuşdur.Vaqif bir müddət Qarabağın hakimi olmuşdur.o, 1797-ci ildə vəfat etmişdir.
گر نگهدار من آن است که من می دانم                   شیشه را در بغل سنگ نگه می دارد.
§ Şəms Qarabağı
1902-ci ildə Şuşada anadan olmuşdur.təhsilini Təbrizdə və Nəcəf Şəhərlərində almışdır.farsca və azərbaycanca şerləri var.18-ci əsrin şairidir və "Şirzad"adlı məhəbbət məzmunlu şeri var.
§ Səfi Qulu Qarabağ
1776-cı ildə Qarabağın Gülablı kəndində anadan olmuşdur.lirik  janrında şerləri var.
§ Kazim Salik
1781-ci ildə Qazaxın Şixli kəndində anadan olmuşdur.şerlərinin əksəriyyəti farscadır.
Bu ərazinin başqa şairləri:Kaşif Qarabağı(13-cü əsrin natiqi), Abdullah Tuti Qarabağı(13-cü əsrin şairi),Səfi Qulu Qarabağı(18-ci əsrin şairi və divan sahibi), Şəms Qarabağı(18-ci əsrin şairi), Mirzə Həmzə Nigarı(19-cu əsirin şairi), Məhəmmədəli Nəcəfi(19-cu əsrin şairi),Mirzə Əli Əsğər Norəs(19-cu əsr-Şuşa), Fatimə xanim Kəminə(19-cu əsr-Şuşa), İsgəndər Rüstəm bəyov(19-20ci əsr-Şuşa), Ağa Baba Zühuri(19-cu əsr-Şamaxı), Qasım bəy Zakir(18-cu əsr-Şuşa), Məhəmmədəli Məxfi(19-cu əsr-Şuşa), Mirzə Əbül-Həsən Şəhid(19-cu əsr-Qarabağ), Həsən Qərə Hadi(19-cu əsr-Şuşa).
 E.Cənub və Muğan Şairləri*
§ Məcirəddin Beyləqani
Əbül-Məkarim Məcirəddin Beyləqani, Azərbaycanın məşhur şairlərindən biridir.6-cı əsrdə Xaqaninin şagirdi olmuşdur.bu şairin 5000 beyt şeri var və Azərbaycanın Atabəylərinə aiddir.8
§ Əbül-Məkarim Məcirəddin Beyləqani
6-cı əsrin şairi və 6000 beyt şeri vardır.
§ Aşub(Mirzə Məhəmməd Dilməqani)
13-cü əsrin şairidir.
ازاشتیاق تو کردم ز بس که ناله و شیون         ز خون دیده به هر سو رمیده نسل و سوسن
یوشی که به سر نیست میل صحبت آشوب ز عقل نیست به کویش کنم مقام و نشیمن
§ Cənub və Muğanın başqa Şairləri:Əbül-Həsən Vaqif(19-cu əsr-Saliyan), Mirzə İsa Xəyali(19-cu əsr-Lənkəran), Hüseyn Qulu Şuri(19-cu əsr-Lənkəran).
Ə. Paytaxt Şairləri
§ Əhdi Bakuyi
Gözəl xəttat idi.Bakıdan Gilana sonra isə Kabilə getmişdi və Əhməd xanın diqqətini özünə cəlb etdirmişdir.o, şair idi.
§ Məhəmməd Salih Bakuyi
به قصد صید هر که آن بت طناز می آید    مرا از شوق مرغ روح در پرواز می آید
Bu bölgənin başqa şairləri:Rəfi(13-cü əsr, "Hədiqətül-Şüəra"), Abasqulu AğaQudsi(18-ci əsr, "Gülüstani-İrəm"), Mirzə Məhəmməd Əli Binəva(19-cü əsr, Bakı), Mirzə Əbdül-Xaliq Yusif(19-cu əsr, Bakı), Əbdül-Həmid Mina(19-cu əsr, Bakı), AğaBaba Hicri(20-ci əsr, Bakının Məşdağa qəsəbəsi), Azər İmaməli zadə(19 və 20-ci əsr, Bakının Büzovna qəsəbəsi), Məhəmmədəli Şəfai(19, 20-ci əsr, Bakının Məşdağa qəsəbəsi)
 Qaynaqlar
1-فصلنامه آران، سال چهارم شماره 9 ، بهار 85 ، مقاله دکتر بهرام امیر احمدیان صفحه 32
2-گنج سخن ( شاعران پارسی گوی و منتخب آثار آنان) دکتر ذبیح الله صفا- صفحه 390
3-مفاخر آذربایجان – دکتر عقیقی بخشایشی – جلد 2 – صفحه 645 
4-مفاخر آذربایجان – دکتر عقیقی بخشایشی – جلد 3 – صفحه 1287
5-دانشمندان آذربایجان – محمد علی تربیت – انتشارات ارشاد – صفحه 551- 546
6-گنج سخن ( شاعران پارسی گوی و منتخب آثار آنان) دکتر ذبیح الله صفا- صفحه 395
7-مفاخر آذربایجان – دکتر عقیقی بخشایشی – جلد 3 – صفحه 1259
8-فصلنامه آران، سال دوم شماره4 ، بهار 84 ، مقاله دکتر علی اصغر شعر دوست صفحه 13
*"Azərbaycan Alimləri".
  • Yazılıb
  • da (də) 2008 Aug 11