Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərdə aylarla davam edən fikir ayrılığı və gərginlikdən sonra Moskvada görüşüblər.
arannews:irna-Kreml çərşənbə günü gecə saatlarında bu görüşdən bir video yayımlayıb. Burada Putin Paşinyana deyib: “İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir”. O əlavə etdi: Biz həmişə hər şeydən öncə iqtisadi əməkdaşlığa diqqət yetiririk.
“TASS” xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etmək üçün Moskvaya səfər edən Paşinyan görüş zamanı deyib: Biz sonuncu dəfə dekabrda görüşmüşük və o vaxtdan bəri çoxlu məsələlər və problemlər üst-üstə yığılıb ki, onlar haqqında danışmalıyıq.