Tarix : 2024 May 11
Kod 64781

Putin və Paşinyan görüşüb

Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan iki ölkə arasındakı münasibətlərdə aylarla davam edən fikir ayrılığı və gərginlikdən sonra Moskvada görüşüblər.
arannews:irna-Kreml çərşənbə günü gecə saatlarında bu görüşdən bir video yayımlayıb. Burada Putin Paşinyana deyib: “İkitərəfli əlaqələrimiz uğurla inkişaf edir”.

O əlavə etdi: Biz həmişə hər şeydən öncə iqtisadi əməkdaşlığa diqqət yetiririk.

“TASS” xəbər verir ki, Avrasiya İqtisadi İttifaqı sammitində iştirak etmək üçün Moskvaya səfər edən Paşinyan görüş zamanı deyib: Biz sonuncu dəfə dekabrda görüşmüşük və o vaxtdan bəri çoxlu məsələlər və problemlər üst-üstə yığılıb ki, onlar haqqında danışmalıyıq.

  • Yazılıb
  • da (də) 2024 May 11
  • Göndərən رضا رستمی