Xarici İşlər Nazirliyinin mətbuat katibi X sosial şəbəkəsində yazıb: “Sionist rejim qondarma tarixinin ən təcrid olunmuş şəraitində yaşayır.
arannews:irna-Nasir Kənani əlavə edib: “Amerika rəsmilərinin sionist rejimin Qəzzədəki cinayət əməllərinə aşkar və gizli dəstəyi elə bir vəziyyətdə baş verir ki, zülmə düçar olmuş Fələstin xalqına dəstək üçün beynəlxalq_konsensus həmişəkindən daha çox formalaşıb və yekdilliklə sionist rejimin soyqırım, məcburi_miqrasiya, işğal və uşaq¬¬_qətli törətməsinə nifrətlərini səsləndirirlər.”
Mətbuat katibi bildirib: “Sionist rejim öz qondarma tarixinin ən təcrid şəraitində yaşayır və Amerika rəsmiləri hətta öz xalqları arasında belə kor-koranə dəstək verməkdə təkdirlər.”
“Beynəlxalq ictimaiyyətin Fələstinin Birləşmiş Millətlər Təşkilatına tamhüquqlu üzvlüyünü dəstəkləməsi üçün həlledici səsverməsi sionist rejim və ABŞ-ın dünya ictimaiyyətdə beynəlxalq təcridini açıq şəkildə göstərir” - deyə, Kənani qeyd edib.