Tarix : 2024 May 13
Kod 64784

General-mayor Zahidinin şəhadətinin bərəkəti ilə İran İslam Respublikasının əzəməti aşkar oldu

İslam İnqilabının Ali Rəhbəri general-mayor Məhəmmədrza Zahidinin ailəsi ilə görüşündə deyib: “General-mayor Zahidinin şəhid olması ilə İran İslam Respublikasının əzəməti aşkar oldu və bütün bunlar onun şəhadətinin bərəkəti ilə baş tutdu.”
arannews:irna-İslam İnqilabının Ali Rəhbərinin Əsərlərinin Qorunması və Nəşriyyatı Ofisinn üzvü Məhdi Fəzaili sosial şəbəkədə yazıb: “İnqilabın Ali Rəhbəri bu gün zöhr və əsr namazlarından sonra şəhid Zahidinin şəhadətinin qırxıncı günü ilə eyni vaxtda bu şəhidin ailəsi ilə görüşdə deyib: “Zahidinin şəhadəti dəyərli və mühüm nəticələrə səbəb oldu.”

M. Fəzaili əlavə edib: “O, bu görüşdə bəyan etdi ki, İran İslam Respublikasının əzəməti aşkar oldu və bütün bunlar onun şəhadətinin bərəkəti ilə baş tutdu.”

M. Fəzaili qeyd edib ki, İslam İnqilabının Ali Rəhbəri həmçinin, Zahidinin yaradılmışların ən pisinin əli ilə şəhid olduğunu bildirdi.

  • Yazılıb
  • da (də) 2024 May 13
  • Göndərən رضا رستمی