Tarix : 2024 May 14
Kod 64787

İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının Sədr müavini Azərbaycana səfər edib

Bakı- İRNA -“Şuşa 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı” rəsmi mərasimi şənbə günü İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş katibinin, eləcə də İslam ölkələrinin və Azərbaycan Respublikasının mədəniyyət rəsmilərinin iştirakı ilə Şuşa şəhərində keçirilib.
arannews:irna-Bu mərasimdə ölkəmizi İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının Sədr müavini doktor Məhəmmədrza Bəhməni təmsil edib.

Ölkəmizin nümayəndə heyəti bu tədbir çərçivəsində ICESCO-nun Baş katibi doktor Səlim bin Məhəmməd əl-Maliki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, İslam ölkələrinin bəzi rəsmiləri və mədəniyyət ekspertləri ilə görüşüb və müzakirələr aparıblar.
  • Yazılıb
  • da (də) 2024 May 14
  • Göndərən رضا رستمی