Tarix : 2024 May 18
Kod 64792

Bakı: Azərbaycanın İrandakı səfirliyinin yeni yeri müəyyənləşib

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu ölkənin Tehrandakı səfirliyinin yeni yerə köçürüldüyünü və işlər yekunlaşdıqdan sonra səfirliyin diplomatik fəaliyyətinin tezliklə bərpa ediləcəyini açıqlayıb.
arannews:irna-Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə bununla bağlı deyib: “İki ölkənin rəsmi şəxsləri və aidiyyəti qurumları arasında təmaslar və danışıqlar çərçivəsində ölkəmizin gözləntiləri qarşı tərəfə çatdırılıb, səfirliyimizin daha təhlükəsiz və səfirlik üçün zəruri olan bütün tələblərə cavab verən yeni məkana köçürülməsi istiqamətində İran tərəfi ilə müvafiq iş aparılıb.
  • Yazılıb
  • da (də) 2024 May 18
  • Göndərən رضا رستمی