İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının iclasında ABŞ nümayəndəsinin Yəməndəki vəziyyətlə bağlı anti-İran iddiasını və Ənsarullaha silah göndərmək ittihamını rədd edib və onun bu iddiasından təəssüfünü bildirərək, bu yalanların yayılmasını dar baxışlı siyasi maraqların irəli aparılması və Vaşinqtonun Yəmənə qarşı davamlı hərbi təcavüzünün legitimliyinə haqq qazandırmaq istiqamətində olduğunu vurğulayıb.
arannews:irna-İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Baş katibi və eyni zamanda Təhlükəsizlik Şurasının sədri Antonio Quterreşə ünvanladığı məktubda yazıb: “BMT Təhlükəsizlik Şurasının 2024-cü il mayın 13-də Yəməndəki vəziyyətlə bağlı keçirilən açıq iclasında “Yaxın Şərqdəki vəziyyət” gündəliyi çərçivəsində qaldırılan ABŞ nümayəndəsinin İran İslam Respublikasına qarşı iddiası rədd edilir.”
İran İslam Respublikasının BMT-də yüksək səviyyəli diplomatı bildirib: “Təəssüfləndirici haldır ki, ABŞ nümayəndəsi Təhlükəsizlik Şurasının tribunasından öz dar düşüncəli siyasi maraqlarını irəli aparmaq, ABŞ-ın Yəmənin suverenliyi və ərazi bütövlüyünə qarşı qeyri-qanuni hərəkətlərinə və davamlı hərbi təcavüzünə haqq qazandırmaq məqsədilə Yəməndəki vəziyyətlə bağlı İran İslam Respublikası əleyhinə yalan məlumatlar yaymaq üçün istifadə etdi.