İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei bu gün, günortadan sonra Qətər Əmiri cənab Təmim bin Həməd Ali-Sani və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə Qətərə son faciəvi hadisə ilə bağlı başsağlığı verdiyi üçün təşəkkürürünü bildirməklə yanaşı, iki ölkə arasında əməkdaşlığın inkişafının davam etdirilməsinin zəruriliyini vurğulayıb.
arannews:irna-Cənab Rəisi kimi hərtərəfli Prezidenti itirməyin çətin olduğunu bildirən Ali Məqamlı Rəhbər deyib: “Bu itkiyə baxmayaraq, ölkənin hərəkəti heç dəyişməyəcək, İran və Qətər arasında mərhum Prezidentin dövründə hökm sürən eyni maraq və etimad ruhu doktor Müxbir tərəfindən davam edəcək.”
İslam İnqilabının Ali Rəhbəri regionun vəziyyətinə, düşmənlərin sülh və sabitliyi məhv etmək səylərinə toxunaraq deyib: “Region ölkələrinin qarşısında yalnız bir seçim vardır; o da bir-biri ilə həmrəylik və empatiyadır.”
Bu görüşdə Qətər Əmiri cənab Təmim bin Həməd Ali-Sani Prezidentin və onu müşayət edən şəxslərin vəfatı münasibətilə başsağlığı verərək deyib: “İran və Qətər arasında əlaqələr həmişə güclü olub və bu yol davam edəcək.”
Qətər Əmiri regiondakı təhdidlərlə mübarizənin yeganə yolunun region ölkələrinin əməkdaşlığı və birliyi olduğunu bildirərək əlavə edib: “Biz İranla əlaqələrin genişləndirilməsində heç bir məhdudiyyət görmürük.”