İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani bu beynəlxalq təşkilatın Baş Assambleyasında İran hökuməti və xalqının dərdinə şərik olduqlarını ifadə etdikləri üçün ölkələrin nümayəndələrinə təşəkkür edib.
arannews:irna-İran İslam Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani yerli vaxtla 23 may 2024-cü il, cümə axşamı “Sülh mədəniyyəti” adlı 14-cü sessiyanın gündəliyi çərçivəsində BMT Baş Assambleyasında çıxışında əlavə edib: Ölkəmizin mərhum prezidenti və xarici işlər nazirinin şəhadətindən sonra müxtəlif səviyyələrdə İran İslam Respublikasının xalqına və hökumətinə başsağlığı verən və dərdimizə şərik olmalarını ifadə edən çoxsaylı nümayəndə heyətləri, daimi nümayəndəliklər, beynəlxalq təşkilatlar və regional qruplara səmimi təşəkkürümü bildirirəm.
İrəvani aydınlaşdırdı: Cənab Rəisi və Əmir Abdullahian İran xalqı arasında böyük hörmət sahibi idilər və xalq onlara məhəbbət bəsləyirdi. Onların İran xalqına xidmətdə göstərdikləri yorulmaz səylər öz sevimli xalqına sadiqliklərinin nümunəsi idi.
İranın BMT-dəki səfiri deyib: Onların regionda və dünyada inkişaf, insan ləyaqəti, əməkdaşlıq, eləcə də sülh və təhlükəsizlik və dostluq əlaqələrinin möhkəmlənməsinə verdiyi töhfələr xalqımız və dünyada ədalətli və ülvi hədəflər axtaran hər kəs üçün daimi ilham mənbəyi kimi yadda qalacaqdır.