Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah bu gün (cümə) Beyrutun Dahiyə bölgəsindəki “Seyyidüş-şühəda” hüseyniyyəsində Ayətullah Seyid İbrahim Rəisi və onu müşayiət edən şəxslərin şəhid olması ilə bağlı keçirilən anım mərasimində deyib: “Rəisi məsul olduğu bütün vəzifələrdə örnək idi.”
arannews:irna-“Bu gün biz müqavimət və azadlıq bayramı günlərindəyik” - deyə, bildirən Seyid Həsən Nəsrullah əlavə edib: “Ayətullah Rəisinin və Hüseyn Əmir Abdullahiyanın şəhadətinin qəm və kədərli günləri ilə əlaqədar bu il “Müqavimət bayramı” mərasimi və Livanın cənubunun sionist rejim işğalından azad edilməsinin ildönümü keçirilmədi.”
Hizbullah Hərəkatının lideri deyib: “Bu müsibətlə bağlı Sahib əz-Zamana (əc), həzrət Ayətullah Xameneiyə, təqlid mərcələrinə, İranın səbirli və əziz xalqına, məsul şəxslərinə və bu əzizlərin hər birinin hörmətli ailələrinə başsağlığı verirəm.”
O, bildirib: “Şəhid Rəisiyə məsul olduğu bütün vəzifələrdə nümunə kimi baxmalıyıq. Son bir neçə gündə şəhid Rəisi “İmam Rzanın xadimi” ləqəbi aldı. Çünki Astani Qüdsi Rəzəvinin idarəçiliyi böyük məsuliyyətdir və ona aid olan vəqflər də ən böyük vəqflərdir. Şəhid Rəisi bu məsuliyyəti öz üzərinə götürdüyü zaman bu idarədə, Astani Qüdsi Rəzəvi və onun dgər xidmət sahələrinin inkişafda böyük dəyişikliklər baş verdi və bundan məhrumlar və az təminatlı insanlar istifadə etdilər.”
Seyid Həsən Nəsrullah deyib: “Şəhid Rəisi fəqih, alim, müctəhid, mömin, təvazökar şəxs idi, münafiqlər və düşmənlər qarşısında həqiqətən şücaətli idi və müqavimətə inanırdı.”
O əlavə edib: “Ayətullah Rəisi ölkəsinin xidmətçisi və Rəhbərinə itaətkar idi, heç vaxt tətilə çıxmadı.