iran İslam Respublikası BMT-nin Tərksilah üzrə Konfransa sədrliyi zamanı bir sıra iclaslar, o cümlədən “Nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad ərazilər” adlı xüsusi iclas keçirməklə BMT-nin Tərksilah üzrə Konfransın ikinci gündəliyi çərçivəsində praktiki olaraq tamamilə anti-sionist atmosferə çevrib.
arannews:irna-Bu görüşdə katiblik və BMT-nin tərksilah sahəsinin fəalları nüvə silahından azad olan ərazilər və bu planın həyata keçirilməsində üzləşdiyi problemlər haqqında çıxış ediblər və bu layihə Konfrans üzvlərin müsbət baxışları və əhəmiyyətli iştirakı ilə qarşılanıb.
Nüvə silahlarından azad Yaxın Şərq planı ilk dəfə 1974-cü ildə BMT-də İran tərəfindən təklif edilib.
Dünyanın beş mühüm bölgəsində nüvə silahından azad zonalar yaradıldığı bir halda təəssüf ki, İsrail rejiminin nüvə silahlarını məhv etmək istəməməsi, Nüvə Silahlarının Qadağan edilməsi Müqaviləsinə (NPT), Mikrob Silahlarının Qadağan edilməsi Konvensiyasına (BWC) və Kimyəvi Silahlar Konvensiyasına (CWC) qoşulmaması səbəbindən nüvə silahlarından və digər kütləvi qırğın silahlarından azad Yaxın Şərq regionunun yaradılması gerçəkləşməmişdir.
İran İslam Respublikasının sədrliyi ilə keçirilən bu toplantıda Konfrans üzvləri İranın nüvə silahlarından və digər kütləvi qırğın silahlarından təmizlənmiş Yaxın Şərq planının həyata keçirilməsi istiqamətindəki yanaşmasını dəstəkləyərək, bu məntiqin formalaşmasına yeganə maneə kimi İsraili tənqid ediblər və Yaxın Şərqdə bunun tez bir zamanda həyata keçirilməsinin zəruriliyini vurğulayıblar.