Tarix : 2024 Jun 05
Kod 64819

Hizbullahın raket və dron hücumları altındakı sionist rejim ordusunun mövqeləri

Livan Hizbullah Hərəkatı çərşənbə axşamı günü işğal olunmuş Fələstinin şimalında və Suriyanın işğal olunmuş Qolan bölgəsində sionist rejim ordusunun mövqelərinə 6 raket, pilotsuz təyyarə zərbələri endirdiyini bildirib.
arannews:irna-Livan İslami Müqaviməti bəyanat yayaraq, Qəzzə zolağında Fələstin xalqına, onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə müqavimət qüvvələrinin “Ramim” kazarmasını raketlə hədəfə aldıqlarını açıqlayıb.

Hizbullah başqa bir bəyanatda sionist düşmənin zabit və əsgərlərinin Suriyanın işğal olunmuş Qolan bölgəsindəki “Məaliyyə Qolani” hərbi bazasındakı mövqelərinə pilotsuz təyyarə ilə zərbə endirdiyini bildirib.

İşğal olunmuş Fələstinin şimalında sionistlərin məskunlaşdığı “Natua” qəsəbəsi ətrafındakı meşəlik ərazilərdə sionist rejim əsgərlərinin toplaşdığı yerə raket hücumu Hizbullahın çərşənbə axşamı üçüncü əməliyyatı olub.

“Əl-Təyhat” bölgəsində işğalçı qüvvələrin toplaşdığı yerə raket hücumu, “Ən-Naqurə” dəniz bazasına artilleriya hücumu və sionist hərbçilərin “Baram” qəsəbəsi ətrafında toplaşdığı yerə artilleriya hücumu Livan İslami müqavimətin digər əməliyyatlarından olub.
  • Yazılıb
  • da (də) 2024 Jun 05
  • Göndərən رضا رستمی