Tarix : 2024 Jun 07
Kod 64822

Yəmən və İraq İslami müqavimətinin sionist rejimə qarşı birgə əməliyyatı

Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi İraqın İslami müqaviməti ilə Hayfa limanında sionist rejimə qarşı iki birgə əməliyyat keçirdiklərini açıqlayıb.
arannews:irna-Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii bu ölkənin Silahlı Qüvvələrinin İslam müqaviməti ilə birgə sionist rejimə qarşı iki hərbi əməliyyat keçirdiyini açıqlayıb.

General-mayor Yəhya Sərii bəyan edib ki, birinci əməliyyatda Hayfa limanında hərbi təchizat daşıyan iki gəmi, ikinci əməliyyatda isə Hayfa limanına giriş qadağasını pozan gəmi hədəfə alınıb.

O, əlavə edib ki, bu iki əməliyyat bir sıra dronlarla həyata keçirilib və Uca Allahın köməyi ilə hədəflər dəqiq vurulub.

Yəmən Silahlı Qüvvələrinin sözçüsü həmçinin bildirib ki, Hayfa limanına qarşı birgə əməliyyat sionist düşmənin Rəfah bölgəsindəki cinayətlərinə cavab olaraq həyata keçirilib. Düşmən Qəzzə zolağına qarşı cinayətkar və vəhşi təcavüzünü dayandırana və Qəzza zolağındakı qardaşlarımıza qarşı mühasirəni aradan qaldırana qədər, növbəti mərhələdə görünməmiş birgə əməliyyatlar gözləməlidir.

Yəhya Sərii həmçinin bütün ərəb ordularını Fələstin xalqı qarşısında dini və insani borcunu yerinə yetirmək üçün Fələstin müqavimətinə dəstək əməliyyatında iştirak etməyə çağırıb.
  • Yazılıb
  • da (də) 2024 Jun 07
  • Göndərən رضا رستمی