Tarix : 2024 Jun 08
Kod 64824

Baqiri İranın Fələstin xalqının müqavimətini dəstəkləməkdə fəal diplomatiyasının davam edəcəyini vurğuladı

D-8 qrupunun xarici işlər nazirlərinin fövqəladə iclasında iştirak etmək üçün İstanbula gələn Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri gəlişi zamanı bu səfərin məqsədləri barədə deyib: “Bu qrupun əsas funksiyası iqtisadi olsa da, Fələstin məsələsinin əhəmiyyəti və İslam ölkələrinin sionistlərin cinayət və soyqırımına son qoyulması, eləcə də məzlum Fələstin xalqına, xüsusilə də pənahsız, eyni zamanda qüdrətli Qəzzə əhalisinə kömək və dəstək olmaq üçün göstərdikləri səylərə görə, bu görüş Qəzzə məsələsinə və səkkiz inkişaf etməkdə olan İslam ölkəsinin sionist soyqırımının dayandırılması və Qəzzə əhalisinə kömək üçün təsirli siyasi yardımın həyata keçirilməsi istiqamətində bu sahədə hazırlaya və tədbir görə biləcəyi strategiyalara həsr olunub.”
arannews:irna-Əli Baqiri əlavə edib: “Ümid edirik ki, İslam ölkələrinin, xüsusilə inkişaf etməkdə olan səkkiz İslam ölkəsi qrupunun qarşılıqlı əlaqəsi və sinerjisi İslam ölkələri ilə dünyanın digər ölkələri arasında regional səviyyədə ciddi şəkildə artan digər hərəkatlara kömək edə biləcək və bu siyasi yol Fələstin xalqının ciddi işinə və məzlum Qəzzə əhalisinin müqavimətinə yardım olacaq.”

“İran İslam Respublikası öz fəal diplomatiyası çərçivəsində sionistlərin işğalı və təcavüzünə qarşı məzlum Fələstin xalqının müqavimətini dəstəkləmək istiqamətində bu iclasda təsirli şəkildə iştirak edəcək” - deyə, o, vurğulayıb.

Xarici İşlər nazirinin vəzifəsinin icraçısı deyib: “Bu görüş çərçivəsində iclasda iştirak edən ölkələrin xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşlər keçiriləcək, həmçinin Türkiyənin Xarici İşlər naziri ilə də görüşümüz olacaq.”

Bu görüş sabah (şənbə) 8 iyun 2024-cü il tarixində İstanbuldakı tarixi Dolma Bağça Sarayında Səkkizlər Qrupunun xarici işlər nazirləri və rəsmilərinin iştirakı ilə keçiriləcək.

Görüşdə Pakistanın Xarici İşlər naziri Məhəmməd İshaq Dar, İndoneziyanın Xarici İşlər naziri Retno Mərsudi, Malayziyanın Xarici İşlər naziri Məhəmməd Həsən, İranın Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri və Banqladeşin Rifah naziri Dipo Muni, Misir və Nigeriyanın yüksək səviyyəli rəsmiləri iştirak edəcək.
  • Yazılıb
  • da (də) 2024 Jun 08
  • Göndərən رضا رستمی