İslam Respublikası Xəbər Agentliyinin (İRNA) Baş direktoru beynəlxalq hadisələrə toxunaraq deyib: “İndiki mərhələdə medianın missiyası xalqların istəyi istiqamətində hərəkət etmək, çoxqütblü dünyanın reallaşması istiqamətində addım atılmasının vacibliyini izah etməkdir.”
arannews:irna-Əli Nadiri “Sankt-Peterburq Beynəlxalq Forumu” çərçivəsində Rusiyanın Sputnik xəbər agentliyinə müsahibəsində əlavə edib: “Dünya çoxqütblü dünyaya doğru irəliləyir. Ölkələr dünyada mövcud nizamdan və təkqütblülükdən tədricən uzaqlaşır və bu sahədə aydın üfüq proqnozlaşdırılır.”
Rusiya Prezidentinin müşavirinin rəsmi dəvəti ilə Sankt-Peterburqa səfər etmiş İRNA-nın Baş direktoru özünün və digər dünya media rəhbərlərinin Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə dair fikirlərini bildirərkən deyib: “Cənab Putin dünya xəbər agentliklərinin rəhbərləri ilə görüşündə öz əqidəsinə arxalanaraq, məsələlərə real baxış təqdim etməyə çalışdı.”
İRNA-nın Baş direktoru: Media çoxqütblü dünya qurmaq istiqamətində addım atmalıdır
Əli Nadiri əlavə edib: “Bu görüşdə Rusiya Prezidenti Ukraynadakı müharibə məsələsi, Rusiyanın Amerika ilə, Tramp və ya Bayden və Avropa ilə münasibətləri, eləcə də digər qlobal məsələlərlə bağlı fikirlərini çox aydın və real şəkildə ifadə etməyə çalışdı.”
Media rəhbəri bildirib: “Bu görüş indiki beynəlxalq şəraitdə çox təsirli və həlledici ola bilər və bu baxımdan vacib idi.”
İRNA-nın Baş direktoru müsahibəsinin digər bir hissəsində deyib: “Qərbin media sahəsində İran və Rusiya da daxil olmaqla ölkələrə qarşı hücumu media terrorizminin nümunəsidir.”
“İran və Rusiya hazırda Qərbin media hücumları ilə üzləşir və biz də Rusiya kimi media terrorunun qurbanıyıq” - deyə, Nadiri qeyd edib.
İRNA-nın Baş direktoru Qərbin media hücumu şəraitində müstəqil ölkələrin mediasının missiyasını öz ölkələrinin xalqlarının beynəlxalq arenada səsini gücləndirmək və sinerji missiyası hesab edərək deyib: “Hazırda İran və Rusiya arasında media əlaqələri məqbul səviyyədədir.”
Nadiri həmçinin deyib: “İranın rəsmi xəbər agentliyi olan İRNA-nın Rusiya mediası, o cümlədən TASS və Sputnik xəbər agentlikləri ilə çox yaxın əlaqələri var.