Türkiyənin Xarici İşlər naziri "D-8" qrupunun (8 inkişaf etməkdə olan İslam ölkəsi) xarici işlər nazirlərinin Qəzzədə vəziyyəti nəzərdən keçirmək üçün fövqəladə iclasında vurğulayıb ki, səkkiz İslam ölkəsi sionist rejimin cinayətləri qarşısında səssiz qalmayacaq.
arannews:irna-Hakan Fidan bildirib: “Biz (D-8 qrupu ölkələri) İsrailin Qəzzədə etdiyi zülm qarşısında susmayacağımızı bəyan edirik.”
O, Qərbin Fələstin məsələsinə ikili yanaşmasını tənqid edərək deyib: “Ukraynada işğala qarşı çıxanlar Fələstində işğala qarşı müqaviməti cinayət hesab edirlər.”
Sionist rejim ordusu 8 aydan çoxdur ki, Qəzzə zolağını mühasirəyə alıb və humanitar yardımın yalnız məhdud bir hissəsinin Qəzzəyə daxil olmasına icazə verir.