İranın Xarici İşlər naziri vəzifəsinin icraçısı BRİKS-in dünya xalqlarının əksəriyyətinin səsi olmasının gərəkliyinə işarə edərək deyib: “Biz inanırıq ki, sionist rejimin “işğalçılığın tamamilə aradan qaldırılması” və “nüvə tərksilahı” kimi iki məsələyə nail olunmayana qədər Yaxın Şərqdə sülh, sabitlik və tam və həqiqi təhlükəsizlik bərqərar olmayacaq.”
arannews:irna-İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni bu gün, bazar ertəsi, iyunun 10-da Nijni Novqorodda hazırda keçirilməkdə olan BRİKS Xarici İşlər Nazirləri Şurasının iclasında ədalətli, çoxtərəfli və demokratik dünyanın yaradılmasında BRİKS-in əhəmiyyətini və sionist rejimin Qəzzə əhalisinə qarşı müharibəsinin təhlükəli təsirini vurğulayıb. Baqiri deyib: “BRİKS planetin ən böyük əhalisinə, ən böyük iqtisadiyyatına və ən böyük ərazisinə malikdir. Ona görə də öz haqlı mövqeyinə nail olmaq istəyən, indiki xaotik dünyadan daha ədalətli, daha demokratik və çoxtərəfli dünyaya üstünlük verən dünya xalqlarının əksəriyyətinin səsi olmalıdır.”
Əli Baqiri əlavə edib: “Yaxın gələcəkdə prioritetləşdirilməyə və həyata keçirilməyə layiq olan BRİKS-in ən mühüm rollarından biri həmişə müstəqil və inkişaf etməkdə olan ölkələrin inkişafı və tərəqqisi üçün əngəl rolunu oynayan Bretton-Vudsa əsaslanan maliyyə sisteminin islah edilməsidir. Təəssüf ki, Amerika ölkələrin dollardan asılılığından silah kimi istifadə edir. Bu məsələ qeyri-qanuni sanksiyaların tətbiqi, bank məhdudiyyətlərinin yaradılması, beynəlxalq maliyyə institutlarında qərarların qəbulunda qeyri-bərabərlik, bu qurum və strukturlarda konsensusun olmaması ilə yanaşı, sübut etdi ki, bu son dərəcə ədalətsiz sistemlər islah edilməli və aradan qaldırılmalıdır. Ona görə də biz hesab edirik ki, BRİKS milli valyutalarla mübadilələrin aparılması, rəqəmsal valyutalardan istifadə, ümumi bank platformaları və messencerləri işə salınması, təkrar sığortalanması, yeni maliyyə-bank strukturlarının yaradılması və s. üzrə fəaliyyətini sürətləndirməlidir.”
Baqiri çıxışının yekun hissəsində deyib: “Sionist rejim və onun havadarları təkcə insanlıq, əxlaq və beynəlxalq hüququ pozmaqla kifayətlənməyib, həm də etibarlı media məlumatlarını sıxışdırmaqla və yalan məlumatlar yaymaqla dünyanın ictimai rəyini aldatmağa, aalım və məzlumun yerini dəyişməyə çalışırlar. Bu vəziyyətin davam etməsi, şübhəsiz ki, beynəlxalq sülh və təhlükəsizliyə təhlükə yaradır və bunun həlli üçün təcili tədbirlər görülməlidir.”
Xarici İşlər naziri vəzifəsinin icraçısı əlavə edib: “Biz inanırıq ki, sionist rejimin “işğalçılığın tamamilə aradan qaldırılması” və “nüvə tərksilahı” kimi iki məsələyə nail olunmayana qədər Yaxın Şərqdə sülh, sabitlik və tam və həqiqi təhlükəsizlik bərqərar olmayacaq. Bu istiqamətdə biz iki təşəbbüs irəli sürmüşük. Birincisi, öz müqəddəratını təyin etmək və Fələstinin gələcək siyasi sistemini müəyyən etmək üçün Fələstinin real sakinlərinin, o cümlədən müsəlman, xristian və yəhudilərin iştirakı ilə “Fələstin torpağında milli referendum” təşəbbüsü; ikincisi, “Nüvə silahlarından və kütləvi qətllərdən azad olan Yaxın Şərq” təşəbbüsü.