Tarix : 2024 Jun 17
Kod 64838

Əli Baqiri İslam ölkələrinin xarici işlər nazirlərini təbrik edib

Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri İslam ölkələrini Qurban bayramı münasibətilə təbrik etməklə yanaşı, məzlum Fələstin xalqının qurbana çevrildiyini dünyaya xatırladıb.
arannews:irna-İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Qurban bayramı ərəfəsində İslam ölkələrinin xarici işlər nazirlərinə ayrı-ayrılıqda təbrik məktubu göndərib, öz həmkarlarını və dünya müsəlmanlarını Qurban bayramının gəlişi münasibətilə təbrik edib.

Baqiri bu məktublarda Qurban bayramını İslam ölkələri arasında həmrəyliyin gücləndirilməsi, eləcə də ümumi məqsədlərin yüksəldilməsi, ədalətin və dünya sülhünün bərqərar olması yolunda İslam ölkələrinin birgə məsuliyyətini onlara xatırlatmaq üçün dəyərli fürsət hesab edib.

Diplomatik qurumun başçısının məktubunun digər hissəsində bildirilir: “Qurban bayramı bütün İslam ölkələri üçün mübarək bir gün olduğu halda işğal olunmuş Fələstin torpaqlarındakı müsəlman xalq səkkiz aydan artıqdır ki, beynəlxalq qurumların sükutu və Qərb ölkələrinin dünyanın ən vəhşi məxluqlarına dəstək verməsi ilə özü sionist rejimin zülm, ədalətsizlik və qəddar hücumlarının qurbanı olur. Qəzzə zolağının əhalisi qəddar sionist rejimin evləri və məscidləri xarabalığa çevirdiyi bir şəraitdə bayram namazı qılır və bu bölgənin sakinləri bu il hər an öz şəhadətlərini və ya ismayıllarının qurban olmasını gözləyirlər.

​​​​​​
  • Yazılıb
  • da (də) 2024 Jun 17
  • Göndərən رضا رستمی