Yəmən silahlı qüvvələrinin sözçüsü briqadir Yəhya Səri şənbə günü gecə işğal altındakı Fələstinə gedən iki gəmiyə hücumu elan edərkən deyib ki, bu, mübarək Qurban bayramı münasibətilə Fələstin mücahidlərinə hədiyyəmizdir.
arannews:irna-Səri əlavə edib: İlk əməliyyatda Yəmən ordusunun bir neçə raketi ilə hədəfə alınan "Verbena" gəmisi Ədən körfəzində batıb. O əlavə edib: Pilotsuz təyyarə və bir neçə ballistik raketlə hədəfə alınan TUTOR gəmisi yaxın saatlarda batmaq təhlükəsi ilə üz-üzədir.
Səri bildirib ki, son 72 saat ərzində işğal olunmuş Fələstinin limanlarına giriş embarqosu səbəbindən Yəmən ordusunun hücumuna məruz qalan gəmilərin aqibəti batmaq olacaq.
Yəmən ordusunun sözçüsü aydınlıq gətirib: Yəmən silahlı qüvvələrinin Qurban bayramı münasibəti ilə həyata keçirilən bu əməliyyatı Qəzzədəki mücahid qardaşlara və Fələstin xalqının bütün azad xalqına hədiyyəsidir.
Briqadir Səri deyib: Yəmən silahlı qüvvələri bir daha bütün şirkətləri düşmən İsrail ilə iş görmək, eləcə də gəmilərinin işğal olunmuş Fələstinin limanlarına getməsinin nəticələri barədə xəbərdarlıq edir.