Tarix : 2024 Jun 24
Kod 64852

İranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb

Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin iclası başlayıb.
arannews:urna-Tehranda Asiya Əməkdaşlıq Dialoq Forumunun xarici işlər nazirlərinin 19-cu iclası yerli və xarici rəsmilərin iştirakı ilə keçirilir.

Bununla bağlı Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri bildirib: “Biz Tehranda Asiya Dialoq Forumunun (ACD) nazirlər toplantısına evsahibliyi etməkdən və bu toplantıya sədrlik etməkdən qürur duyuruq.”

O əlavə edib: “Bu iclasda nazirlərdən və beynəlxalq təşkilatların nümayəndələrindən ibarət 41 nümayəndə heyəti iştirak edəcək.”

İRNA-nın məlumatına görə, bu tədbir Asiya ölkələri arasında əməkdaşlığı gücləndirmək üçün platforma yaradır və Asiya ölkələrinin çoxtərəflilik və inklüzivlik istəyini göstərir.

  • Yazılıb
  • da (də) 2024 Jun 24
  • Göndərən رضا رستمی