Cümə günü (28 iyun 2024) səhər saat 8:00-da ölkə üzrə seçki məntəqələrində 14-cü prezident seçkiləri üçün səsvermə prosesi başlayıb.
arannews:irna-Prezident Seçki Qanununun 36-cı maddəsinə əsasən, İran vətəndaşlığı olan və ən azı 18 yaşı tamam olan bütün şəxslər, yəni 29 iyun 2006-cı il (hicri şəmsi təqvimilə 8 tir 1385-ci il) və ondan əvvəl anadan olanlar doğum haqqında şəhadətnamənin və ya milli şəxsiyyət vəsiqəsinin əslini təqdim etməklə qeyd olunan seçkilərdə iştirak edə bilərlər.