Rusiya Xarici İşlər Nazirliyi bildirib: “Cümə günü Rusiya və İran xarici işlər nazirləri Sergey Lavrov və Əli Baqiri Kəni arasındakı telefon danışığında Yaxın Şərqdəki vəziyyət müzakirə edilib.”
arannews:irna-bu telefon danışığında tərəflər regionda, xüsusilə Fələstin-İsrail münaqişəsi zonasında bir çox həll olunmamış böhranlar nəticəsində yaranmış gərginliyin təhlükəli şəkildə artmasından ciddi narahat olduqlarını bildiriblər.
Tərəflər regionun mövcud problemlərinin beynəlxalq aktorların köməyi ilə siyasi və diplomatik yollarla həllini vurğulayıblar.
Əli Baqiri də öz növbəsində İranın qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə dərin fikir mübadiləsini davam etdirməyə hazır olduğunu vurğulayıb.
Bu xəbərə görə, telefon danışığında Moskva və Tehranın ikitərəfli gündəliyin praktiki məsələlərini həll etmək üçün yaxından əməkdaşlıq etmələri barədə razılıq əldə olunub.