Tarix : 2024 Jun 30
Kod 64863

İran Rəhbəri: Amerikalı tələbələrin Qəzzanı müdafiə etmək üçün hərəkatı dünyada təmiz vicdanların mövcudluğunun təzahürüdür

Həzrət Ayətullah Xamenei “Beynəlxalq Müqavimət və Hərəm Müdafiəçiləri Şəhidləri Konqresi”nin üzvləri ilə görüşündə Amerika universitet tələbələrinin Qəzzə xalqının müdafiəsi üçün hərəkatını dünyada təmiz vicdanların mövcudluğuna nümunə kimi göstərərək əlavə etdi: Əslində insanlıq ideallarının müdafiəsi olan hərəmi müdafiənin bu mesajı, dünyada təmiz vicdanların qulağına çatdırılmalıdır.
arannews:irna-İnqilab Rəhbəri Həzrət Ayətullah Xameneinin 2024-cü il iyunun 19-da keçirilən “Beynəlxalq Müqavimət və Hərəm Müdafiəçiləri Şəhidləri Konqresinin” təşkilatçı üzvlərinin toplantısındakı bəyanatlarının mətni bu gün səhər (29.06.24, şənbə) bu konqresin keçirildiyi yerdə, Müqəddəs İmam Rza (ə) hərəmində dərc edilib.

Bu görüşdə Həzrət Ayətullah Xamenei hərəm müdafiəçilərini heyrətamiz və mühüm fenomen və İran İslam Respublikasının dünyagörüşünün təzahürlərindən biri adlandırıb və vurğulayıb: Müxtəlif millətlərdən olan gənclərin hərəmin müdafiəçiləri timsalında iştirakı göstərdi ki, İslam inqilabından dörd onillikdən çox keçəndən sonra inqilabın ilk dövrü ilə eyni şövq və qəhrəmanlığı yenidən yaratmaq qüdrətinə malikdir.

Həzrət Ayətullah Xamenei amerikalı universitet tələbələrinin Qəzzə xalqının müdafiəsi istiqamətində hərəkətini dünyada təmiz vicdanların mövcudluğuna misal göstərərək əlavə edib: Əslində insanlıq ideallarının müdafiəsi olan hərəmi müdafiənin bu mesajı, dünyada təmiz vicdanların qulağına çatdırılmalıdır.

İslam İnqilabının Rəhbəri əlavə edib: İslam Hərəkatının başlanğıcından və eləcə də İslam İnqilabının qələbəsinin əvvəlindən Həzrəti İmam Xomeyni (r.ə.) həmişə xaricilərin müdaxiləsindən, qlobal və regional rəftarlardan xəbərdar idi, yalnız daxili məsələlərlə maraqlanmağa çalışır və açıqlamalarında bununla bağlı lazımi xəbərdarlıq edirdi.

Həzrət Ayətullah Xamenei düşmənin onlar üçün çox təhlükəli plan hazırladığı ölkələrdə hərəmi müdafiə edən döyüşçülərin olmasını İslam İnqilabının dünyagörüşünün təzahürü kimi qiymətləndirdi və dedi: Düşmən öz layihəsində regionu işğal etməklə və eyni zamanda İrana iqtisadi və siyasi təzyiqlər, eləcə də “ideoloji və dini” təzyiqlər etməklə İslam sistemini məhv etməyi planlaşdırırdı, lakin İslam Respublikasına əsaslanan imanlı bir qrup gənc hegemonların bu bahalı planını iflasa uğratdı.

O, vurğuladı: Belə bir baxışla demək lazımdır ki, hərəm müdafiəçilərinin hərəkəti İranı və bölgəni xilas etdi.

İslam İnqilabının Rəhbəri ABŞ və Qərbin silahları və təbliğat dəstəyi ilə yaradılmış İŞİD təşkilatı və ona bağlı qrupların zorakı, qəddar və qeyri-insani mahiyyətinə toxunaraq əlavə etdi: Bu təşkilatların məqsədi regionu və xüsusən də İranı təhlükəli vəziyyətə salmaq idi, lakin hərəmin müdafiəçiləri bu böyük təhlükəni zərərsizləşdirdilər.

  • Yazılıb
  • da (də) 2024 Jun 30
  • Göndərən رضا رستمی