Ərəb Liqası “Livan Hizbullahı”nın adını “terrorçu qruplar” siyahısına daxil etdikdən səkkiz il sonra qərarından vaz keçdiyini açıqlayıb.
arannews:irna-Hizbullah hərəkatının Əl-Əqsa tufanı əməliyyatı zamanı sionist düşmənlə qarşıdurma hərəkətlərindən sonra Ərəb Liqası artıq bu hərəkatı “terrorçu qrup” hesab etmədiyini açıqlayıb.
Ərəb Dövlətləri Liqasının baş katibinin müavini Hisam Zəki Livandan qayıtdıqdan sonra televiziyaya verdiyi müsahibədə deyib: Əvvəllər Ərəb Dövlətləri Liqasının qərarlarında Hizbullah terror təşkilatı kimi qeyd olunurdu və üzv dövlətlərin heç birinin onlarla əlaqəsi yox idi. Amma, indi bu, ölkələr Hizbullah üçün “terrorçu” titulundan istifadə etməmək və bu hərəkatla əlaqəyə icazə vermək barədə razılığa gəliblər.
Bəzi KİV-in məlumatına görə, o, Livana səfəri zamanı bəzi Hizbullah üzvləri ilə görüşüb və televiziyaya verdiyi müsahibədə Ərəb Liqasına üzv dövlətlərlə Hizbullah arasında əlaqələrin qurulması üçün şərtlərin hazır olduğunu açıqlayıb.
Ərəb Liqası 2016-cı ildə Hizbullahı terrorçu qruplar siyahısına daxil etmişdi.