Tarix : 2024 Jul 03
Kod 64870

Kütləvi müharibə olacağı təqdirdə, Hizbullahı bütün vasitələrlə dəstəkləyəcəyik

Ali Məqamlı Rəhbərin müşaviri “Financial Times” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib ki, sionist rejim Livan Hizbullahına qarşı genişmiqyaslı hücuma keçərsə, Yaxın Şərq regionu Tehranın və müqavimət cəbhəsinin bu qrupa hər vasitə ilə dəstək verəcəyi bir müharibənin başlama riski ilə üzləşəcək.
arannews:irna-Financial Times bu gün Seyid Kamal Xərraziyə istinadən İran İslam Respublikasının regional müharibədə maraqlı olmadığını yazıb. O, Amerikadan münaqişələrin daha da genişlənməsinin qarşısını almaq üçün İsrailə təzyiq göstərməsini istəyib. 

Bu ingilis qəzetinin məlumatına görə, İranın genişmiqyaslı qarşıdurma olacağı təqdirdə Hizbullaha hərbi dəstək verib-verməyəcəyi sualına cavab olaraq Xərrazi deyib: Bütün Livan xalqı, ərəb ölkələri və müqavimət cəbhəsinin üzvləri İsrailə qarşı Livanı dəstəkləyəcəklər. 

Strateji Xarici Əlaqələr Şurasının rəhbəri əlavə edib: Müharibənin bütün regiona yayılması halında, İran da daxil olmaqla bütün ölkələrin burada iştirak etməsi ehtimalı olacaq və belə bir vəziyyətdə Hizbullahı tam dəstəkləməkdən başqa çarəmiz yoxdur.

  • Yazılıb
  • da (də) 2024 Jul 03
  • Göndərən رضا رستمی