"BMT-nin Toz Fırtınaları ilə Mübarizə Onilliyi" adlı qətnamə çərşənbə günü (10 iyul 2024-cü il) Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında qlobal konsensusla təsdiq edilib.
arannews:irna-BMT-nin Toz Fırtınaları ilə Mübarizə Onilliyinin qətnamə layihəsi 134 inkişaf etməkdə olan ölkənin daxil olduğu 77-lik Qrupu tərəfindən BMT Baş Assambleyasına təqdim edildi. İran İslam Respublikası 77-lər qrupu adından bu qətnamə ilə bağlı danışıqlar apardı, əhayət, bu danışıqlar yekunlaşdı.
Toz Fırtınaları ilə Mübarizə üzrə Onilliyin qətnaməsində toz fırtınaları ciddi qlobal problem kimi yenidən qeyd olunub, toz fırtınalarının bu qlobal problemdən əziyyət çəkən ölkələrin sakinlərinə ciddi sosial, iqtisadi, sağlamlıq və ekoloji ziyan vurduğu bəyan edilib.