Livan İslami Müqaviməti bu gün (cümə) səhər saatlarından 12 əməliyyat həyata keçirərək Fələstinin şimalındakı hərbi mövqeləri və sionist qəsəbələri hədəfə alıb.
arannews:irna-Hizbullah bildirib ki, Qəzzə zolağında Fələstin xalqına və onların cəsarətli və şərəfli müqavimətinə dəstək məqsədilə, eləcə də sionist rejimin Livanın Səfd əl-Bətix, Məcdəl Selm və Şəqra qəsəbələrinin mülki sakinlərinə hücumlarına cavab olaraq, bu rejimə aid bir sıra hərbi bazaları, sionist qəsəbləri, casusluq mərkəzlərini və hərbçilərin toplaşdığı və yerləşdirildiyi yerləri hədəfə alıb.
Bu xəbərə görə, Livanın işğal altında olan “Kəfr Şuba” yüksəkliyindəki “Ruisat Ələm” hərbi bazası, “Ramim” kazarmasının ətrafında işğalçı əsgərlərin yerləşdiyi yer, “Əl Mətlə” hərbi bazası və “Xərbə Maar”dakı artilleriya bölməsi Hizbullah raketləri ilə darmadağın edilən hədəflərdir.
Livandakı Hizbullah döyüşçüləri həmçinin sionist hərbçilərin "Əl-Manara" sionist qəsəbəsində istifadə etdiyi binaları, "Əl-Mərc" hərbi bazasını, "Əl-İbad" bazasındakı casus sistemini, işğal altında olan Şəba tarlalarında Ruyseh Əl-Qarn bazasını və işğal altındakı Kəfr Şuba yüksəkliyindəki Əl-Samaqə hərbi bazasını raket, artilleriya və pilotsuz təyyarələrlə hədəfə alıblar.