İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani deyib: “İran İslam Respublikası təcili çağırışların öhdəsindən gəlmək və regionda sülh və təhlükəsizliyin təşviqi üçün Şanxay Əməkdaşlıq Təşkilatı və Birləşmiş Millətlər Təşkilatı çərçivəsində dialoq və əməkdaşlıqda tam şəkildə iştirak etməyə hazırdır.”
arannews:irna-İran İslam Respublikasının BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani BMT-nin Təhlükəsizlik Şurasının: “BMT-nin sülh və təhlükəsizliyin qorunmasında regional və subregional təşkilatlarla əməkdaşlığı: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və Şanxay Əməkdaşlıq Təşkilatının terror təhlükələri ilə mübarizədə rolu” iclasında deyib: “Əfqanıstanın problemlərinə diqqət etməklə, hesab edirik ki, Birləşmiş Millətlər Təşkilatı ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında gücləndirilmiş əməkdaşlıq Əfqanıstanda sabitliyin və inkişafın möhkəmləndirilməsi üçün əhəmiyyətli imkanlara malikdir. BMT və ŞƏT təhlükəsizlik, iqtisadi inkişaf, humanitar yardım, siyasi dəstək və regional inteqrasiya sahələrində birgə işləməklə Əfqanıstana daha sabit və firavan töhfə verə bilər. Həmçinin, birgə infrastruktur layihələri Əfqanıstanın iqtisadi artımını gücləndirə bilər.”