Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı sionist rejimin Qəzza zolağı sakinlərinin qətliamında qəddar hərəkətlərinə toxunaraq əlavə edib: İsrail bu kütləvi qətliamla beynəlxalq cinayət törədir.
arannews:irna-Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı bəyanat yayaraq, işğalçı ordunun hücumlarının miqyasını artırdığını və Qəzza zolağının yaşayış üçün yararsız bir yerə çevrilməsi üçün həyatın bütün əlamətlərini və ehtiyaclarını hədəf aldığını və sakinlərinin cənub əyalətlərə doğru köçmək məcburiyyətində qaldığını açıqlayıb. Bu insan haqları mərkəzinin bəyanatında bildirilir ki, sionist rejim ordusu ardıcıl onuncu ay soyqırım cinayətləri ilə eyni vaxtda hücumlarını gücləndirib və kütləvi qırğınları davam etdirir, insanları ac və susuz saxlayır, sakinləri səhiyyə xidmətlərindən məhrum edir, eləcə də hədə-qorxu, amansız həbslər, işgəncələr və sakinləri evlərindən və yaşayış yerlərindən qovmağa, Qəzza zolağını boşaltmağa davam edir.
Avropa-Aralıq dənizi İnsan Haqları İzləmə Təşkilatı əlavə edib ki, Qəzzada ən kiçik bir həyat əlamətini məhv etmək məqsədi daşıyan işğalçı hücumların artdığını faktlaşdırıb. İsrail ordusu sakinlərin toplaşdığı mərkəzləri, o cümlədən yemək hazırlayan və ya su verən qadınları, həmçinin evləri və yaşayış mərkəzlərini hədəfə alır.
İnsan Hüquqları Mərkəzinin məlumatına görə, belə görünür ki, işğalçı ordu Qəzza şəhərində və Qəzza zolağının şimalında ən kiçik həyat əlamətini belə bərpa etmək cəhdini məhv etmək əzmindədir və sakinləri evakuasiya əmrlərinə əməl etməyə məcbur etmək üçün ərazini yaşayış üçün yararsız hala salmağa çalışır.