Tarix : 2024 Jul 23
Kod 64896

Pezeşkiyan: Qazaxıstanla əlaqələri inkişaf etdirmək İranın prioritetlərindən biridir

İranın yeni seçilmiş Prezidenti Qazaxıstan Prezidenti ilə telefon danışığında iki ölkə arasında əlaqələrin qonşuluq münasibətlərinin möhkəmləndirilməsi yanaşması şəklində inkişafını vurğulayıb və bunun İranın xarici siyasətinin prioritetləri sırasında olduğunu bildirib.
arannews:irna- Qazaxıstan Prezidenti Qasim-Jomart Tokayev, bazar ertəsi, 22 iyulda yeni seçilmiş Prezident ilə telefon danışığında Pezeşkiyanın seçilməsini bir daha təbrik edib, ona uğurlar arzulayaraq bildirib: “İki ölkə arasında əlaqələr İranın mərhum Prezidentinin dövründə qarşılıqlı etimada əsaslanan yüksələn xətlə inkişaf edib və bu prosesin sizin rəhbərliyinizlə davam edəcəyinə ümid edirəm.”

O, ölkəsinin İran İslam Respublikası ilə tranzit, enerji, texniki-mühəndislik xidmətləri və maliyyə, iqtisadi və ticarət mübadiləsi sahələrində, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı və Avrasiya İqtisadi İttifaqı formasında regional ikitərəfli əməkdaşlıq və qarşılıqlı fəaliyyətə maraqlı olduğunu vurğulayıb.

İranın yeni seçilmiş Prezidenti də Qazaxıstan Prezidentinə təbrik məktubu və telefon danışığına görə təşəkkür edib, qonşuluq münasibətlərinin möhkəmləndirilməsi yanaşması şəklində bu ölkə ilə əlaqələrin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritet istiqamətlərindən biri hesab edərək deyib: “İki ölkə bir-biri ilə əlaqələri genişləndirmək üçün tranzit, enerji və texniki-mühəndislik sahələrində çoxşaxəli və böyük imkanlara malikdir.”

Doktor Məsud Pezeşkiyan İranın tranzit marşrutunun Qazaxıstan və digər Mərkəzi Asiya ölkələrini açıq sulara və qlobal bazarlara birləşdirən ən etibarlı və sərfəli yol olduğunu bəyan edərək deyib: “İran və Qazaxıstan regional və beynəlxalq əməkdaşlıq, eləcə də Şanxay və Avrasiya İqtisadi Birliyi kimi təşkilatlar formasında əməkdaşlıq üçün yaxşı imkanlara malikdir.”

İranın seçilmiş Prezidenti müharibəni dayandırmaq və Qəzzədə məzlum fələstinlilərin əzablarını azaltmaq üçün bütün imkanlardan istifadə edilməsinin zəruriliyini vurğulayaraq, Qazaxıstanın Fələstinin BMT-dəki statusu ilə bağlı BMT Baş Assambleyasının qətnaməsinə müsbət səs verməsini yüksək qiymətləndirib.
  • Yazılıb
  • da (də) 2024 Jul 23
  • Göndərən رضا رستمی