Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini deyib: “13-cü hökumət də sanksiyaların ləğvi ilə bağlı danışıqlar apardı, lakin 2022-ci il iğtişaşlarından sonra qarşı tərəf səhv hesablamaya düçar oldu və danışıqlar yarımçıq buraxıldı. Amerikanın yeni hökumətinin hansı siyasət yürüdəcəyini görmək lazımdır. Biz danışıqlar masasını tərk etmədik.”
arannews:irna-Xarici İşlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Rza Nəcəfi bu gün (bazar ertəsi) günorta saatlarında “1020 günlük cihad səyi, on üçüncü hökumətin xarici siyasət nailiyyətlərindən parçalar” sərgisi çərçivəsində adıçəkilən XİN-nin hüquq və beynəlxalq məsələlər üzrə müavinliyinin 13-cü hökumətdəki fəaliyyəti barədə deyib: “13-cü hökumətin xarici siyasətinin bir hissəsi beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı idi ki, bunun da mühüm hissəsini beynəlxalq forumlarda, xüsusən də Birləşmiş Millətlər Təşkilatında fəal iştirakı təşkil edirdi.” O, əlavə edib: “Biz beynəlxalq təşkilatları onların gündəmlərinin müstəqil dövlətlərin xeyrinə olmadığı üçün daim tənqid edirik. Digər tərəfdən bizim siyasətimiz əvvəldən İran İslam Respublikasının fikir və mövqelərini ifadə etmək üçün heç bir beynəlxalq təşkilatda boş yer olmaması üzərində qurulub.”
“İslam Əməkdaşlıq Təşkilatı ilə çoxlu əməkdaşlığımız olub və Fələstinin hüququ ilə bağlı bu müddət ərzində bu imkandan istifadə etdik. Beynəlxalq sistemdə təkqütblülüyün aradan qaldırılması üçün biz də geniş tədbirlər gördük” - deyə, Nəcəfi bildirib.
O, qeyd edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin sionist rejimə qarşı son qərarı bizim beynəlxalq hüquqi imkanlardan istifadə etdiyimizi göstərən digər hallardandır. Həmçinin, Kanadaya qarşı məhkəməyə müraciət etdik, bu da təbii ki, vaxt aparır.
Nəcəfi açıqlamasının davamında deyib: “Beynəlxalq Atom Enerjisi Agentliyinin on beş hesabatı İranın öz öhdəliklərini yerinə yetirdiyini təsdiqləyib. Problem Tramp administrasiyası qeyri-qanuni olaraq JCPOA-dan çıxdıqdan sonra başladı, lakin biz JCPOA-nın müddəalarına uyğun hərəkət etdik.”
Xarici İşlər Nazirliyinin hüquq məsələləri üzvə müavini bildirib: “On üçüncü hökumət də sanksiyaların ləğvi ilə bağlı danışıqlar apardı, lakin 2022-ci il iğtişaşlarından sonra qarşı tərəf səhv hesablamaya düçar oldu və danışıqlar yarımçıq buraxıldı. Amerikanın yeni hökumətinin hansı siyasət yürüdəcəyini görmək lazımdır. Biz danışıqlar masasını tərk etmədik.”
“On üçüncü hökumətdə ABŞ-ın birtərəfli sanksiyaları səbəbindən İranın bloklanmış külli miqdarda aktivlərindən istifadə edildi” - deyə, Nəcəfi bəyan edib.