İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinin icraçısı deyib: “Almaniyada islami mərkəzlərin bağlanması siyasi bir hərəkət, anti-islamizmə uyğun və sionist rejimin maraqlarını təmin etmək istiqamətindədir. Almaniya hökuməti bunun nəticələrini qəbul etməlidir.”
arannews:irna-Əli Baqiri 27 iyul şənbə günü, Almaniyanın Xarici İşlər naziri Analna Burbok ilə telefon danışığında Almaniya polisinin Almaniyadakı İslam mərkəzlərinin, o cümlədən Hamburq İslam Mərkəzinin bağlanması ilə bağlı qanunsuz və insan haqlarına zidd hərəkətini müzakirə edib.
İslam Respublikasının Xarici İşlər naziri vəzifəsinin icraçısı son hərəkətdən narazılığını ifadə edib və onu pisləyərək deyib: “Almaniyada İslam mərkəzlərinin bağlanması siyasi bir hərəkət, anti-islamizmə uyğun və sionist rejimin maraqlarını təmin etmək istiqamətindədir. Almaniya hökuməti bunun nəticələrini qəbul etməlidir.”
Almaniyanın Xarici İşlər naziri son günlərdə İslam mərkəzlərinin bağlanması ilə bağlı açıqlama verib: “Qanuna əsasən, bu mərkəzlər Almaniyada hüquqi mexanizmlər vasitəsilə öz hüquqlarını izləyə bilərlər.”
Analna Burbok yaranan mübahisələrin həlli üçün həll yollarının tapılmasının zəruriliyini vurğulayaraq, münasibətlərdə mövcud maneələrin dialoq və diplomatik kanallar vasitəsilə həll ediləcəyinə ümid etdiyini bildirib.