Tarix : 2024 Jul 30
Kod 64909

Prezident: Sionist rejimin Livana hücumunun ağır nəticələri olacaq

Prezident Məsud Pezeşkiyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığında vurğulayıb ki, biz İran İslam Respublikası ilə Fransa arasında dürüstlük və qarşılıqlı etimada əsaslanan münasibətləri yaxşılaşdırmağa hazırıq.
arannews:irna-Doktor Məsud Pezeşkiyan 29 iyul bazar ertəsi günü Fransa Prezidenti Emmanuel Makron ilə telefon
danışığında Livanın cənub sərhədlərində sionist rejimlə gərginliyin artmasından böyük narahatlığını ifadə etməklə yanaşı, Livana qarşı hər hansı təcavüzün nəticələri barədə xəbərdarlıq edərək deyib: “Sionist rejim Livana hücum edərsə, onlar üçün ağır nəticələrə səbəb olacaq böyük bir səhvə yol vermiş olacaq.”

Fransa Prezidenti Emmanuel Makron da bu telefon danışığında deyib: “Ümid edirəm ki, İranın Fransa və digər Avropa ölkələri ilə əlaqələri yeni dövrdə keçmişdə olduğundan daha çox yaxşılaşacaq.”
  • Yazılıb
  • da (də) 2024 Jul 30
  • Göndərən رضا رستمی