İslam İnqilabının Ali Rəhbəri Əl-Əqsa Tufanı əməliyyatının başlanğıcından bu yana Hizbullahın apardığı siyasəti tamamilə tədbirli, müdrik və məqsədəuyğun siyasət adlandıraraq vurğulayıb: “Yolun davamı da eyni çərçivədə olmalıdır.”
arannews:irna-İslam İnqilabının Ali Rəhbəri Ayətullah Xamenei 30 iyul çərşənbə axşamı, günortadan sonra Livan Hizbullah Hərəkatının Baş katibinin müavini höccətül-islam vəl-müslimin Nəim Qasim ilə görüşündə Əl-Əqsa Tufanı əməliyyatının başlanğıcından bu yana Hizbullahın apardığı siyasəti tamamilə tədbirli, müdrik və məqsədəuyğun siyasət adlandıraraq vurğulayıb: “Yolun davamı da eyni çərçivədə olmalıdır.” Ali Məqamlı Rəhbər Livandakı müxtəlif cərəyanlar arasında mövcud uyğunluğu və onların müqavimətin mövqe və qərarlarına dəstək verməsini Livan Hizbullahının bu ölkənin siyasi mühitində uğurlarının əlaməti hesab edib.
Həzrət Ayətullah Xamenei cənab Nəim Qasimə xitab edərək deyib: “Mənim salamımı cənab Seyid Həsən Nəsrullaha çatdırın və deyin ki, mən həmişə onun və Livan müqavimətinin bütün komandirləri və döyüşçüləri üçün dua edirəm.”
Bu görüşdə höccətül-islam vəl-müslimin Nəim Qasım Livandakı son hadisələr və işğal olunmuş Fələstinin şimal cəbhəsindəki döyüşlər haqqında məlumat verib.