Tehran - İRNA - Prezident İsmayıl Həniyyənin şəhadətinə münasibət bildirdiyi məktubda yazıb: “İran İslam Respublikası öz ərazi bütövlüyünü, milli suverenliyini, izzət və nüfuzunu qorumaq üçün bütün səyini göstərəcək və sionist rejim öz qorxaq və terror aktının nəticələrini tezliklə görəcək.”
arannews:irna- çərşənbə səhər saatlarında İran İslam Respublikasının 14-cü prezidentliyinin andiçmə mərasimində iştirak etmək üçün Tehrana səfər edən Fələstin İslami Müqavimət Hərəkatının Siyasi Ofisinin rəhbəri Hacı İsmayıl Həniyyənin terror edilməsi ilə bağlı cinayət əməlinin ardınca İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiyan mesaj yayaraq, onun bir ömür cihad və mübarizədən sonra şəhid olması münasibətilə İslam ümməti, müqavimət mübarizləri və böyük Fələstin xalqını təbrik edib və onlara başsağlığı verib, İran İslam Respublikasının ərazi bütövlüyü, izzət və nüfuzunun qorunmasını vurğulayıb.