Xarici İşlər naziri vəzifəsini icra edən Əli Baqiri Avropa İttifaqının xarici siyasət üzrə Ali Nümayəndəsi Cozef Borell ilə telefon danışığında sionist rejimin HƏMAS-ın Siyasi Ofisinin rəhbəri İsmayıl Həniyyənin şəhadətində törətdiyi terror aktı, İran İslam Respublikasının milli təhlükəsizliyinin pozulmasında bu böyük cinayətin siyasi və təhlükəsizlik nəticələri, həmçinin regional sabitliyin pozulmasının nəticələri ilə bağlı müzakirə aparıb.
arannews:irna-Baqiri ölkəmizin Prezidentinin andiçmə mərasimində Avropa İttifaqı adından Enrike Moranın iştirakına toxunaraq vurğulayıb: “Sionist rejimin Tehranda İsmayıl Həniyyəni şəhid etməsi terror aktı İran İslam Respublikasının ərazi bütövlüyünü və İranın milli suverenliyini pozmaqla yanaşı, regional və beynəlxalq sülh və sabitliyi təhlükə altına qoyub. İran mütləq sionist cinayətkar dəstəni cəzalandırmaq üçün öz təbii və qanuni hüququndan istifadə edəcək.”
Xarici İşlər naziri vəzifəsinin icraçısı bu telefon danışığının davamında İran İslam Respublikasının tələbi ilə BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının keçirilməsinə toxunub, bəzi Avropa ölkələrinin Təhlükəsizlik Şurası tərəfindən şəhid Həniyyənin terror edilməsinin pislənməsinin qarşısının alınmasında ABŞ-la əməkdaşlıq etməsini tənqid edib.
Avropa İttifaqının Xarici Siyasət üzrə Ali nümayəndəsi Cozef Borrel də İran İslam Respublikasının öz ərazi bütövlüyü və ərazi suverenliyini müdafiə etmək üçün qanuni haqqı olduğunu vurğulayıb, bölgədə gərginliyin artması və genişmiqyaslı müharibənin formalaşması və bunun bölgə xalqı üçün fəsadlarından narahat olduğunu bildirib.