Tarix : 2024 Aug 05
Kod 64919

General-mayor Baqiri: İran və Rusiya münasibətləri strateji, dərin və uzunmüddətlidir

Silahlı Qüvvələrin Baş Qərargah rəisi deyib: “İran və Rusiya münasibətləri strateji, dərin və uzunmüddətlidir və hökumətin dəyişməsi ilə onda xələl yaranmayacaq.”
arannews:irna-Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu avqustun 5-də Tehrana səfəri zamanı Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri ilə görüşüb.

General-mayor Baqiri bu görüşdə deyib: “İran və Rusiya münasibətləri strateji, dərin və uzunmüddətlidir və hökumətin dəyişməsi ilə onda xələl yaranmayacaq.”

O, Amerikanın dünyanın təkqütblü gücdən çıxdığını çox yaxşı bildiyini bəyan edərək əlavə edib: “Biz İran, Rusiya və Çin arasında üçtərəfli əməkdaşlığı alqışlayacağıq.”

Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu da bu görüşdə Rusiyanın regional məsələlərdə İranla hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.
  • Yazılıb
  • da (də) 2024 Aug 05
  • Göndərən رضا رستمی