İran servisi/Aran Agentliyi
Qərbin İrana qarşı iqtisadi sanksiyaların şiddətləndirilməsi məqsədi ilə hərəkətləri dünyanın kütləvi informasiya vasitələri və medialarında geniş şəkildə əks etdirilib.
Siyasi analitiklər Qərbin xüsusi ilə də ABŞ və İngiltərənin İrana qarşı yeni sanksiyalar tətbiq etməklə bağlı birtərəfli hərəkətlərini onların şəxsi nəzər və fikirlərinə uyğun dəyərləndirirlər. Golf News internet saytı bu haqda bir məlumatda bildirib: Son vaxtlar Avropa Birliyinin İrana qarşı yeni sanksiyaları Amerikanın ürəyincə olub. Bu saytın yazdığına görə, Qərbdə bir çox qüvvələr, o cümlədən ABŞ və İngiltərə İranla bağlı öz siyasətlərini formalaşdırmağa cəhd göstəriblər. Bu siyasət Beynəlxalq ictimaiyyət və BMT-nin qəbul etdiyi siyasətdən uzaqdır.
Məlumatın digər bir hissəsində qeyd olunub: BMT-nin qərarlarından kənar olan sanksiyaların tətbiqi bəzi ölkələrə imkan verir ki, onlar da bu sahədə kütləvi qərar və hərəkəti də öz fikirlərinə uyğun olaraq çıxarsınlar.
LosAnjles Times qəzeti də dünənki sayında dərc etdiyi bir məlumatda qeyd edib: ABŞ və avropalı müttəfiqləri İrana qarşı öz göstərdikləri təzyiqlər və sanksiyaları BMT TŞ-nin 4-cü mərhələsinə daxil ediblər. Halbuki, BMT TŞ-nin ekspertləri və diplomatları bu qənaətdədirlər ki, bu proses əlavə problem və ixtilaflarla yanaşıdır. BMT-nin TŞ-da İrana qarşı yeni sanksiyaların qızışdırılması və İrana qarşı yeni qətnamənin qəbulu elə bir halda irəli sürülür ki, diplomatik qaynaqlar və siyasi mütəxəssislərin etiraflarına görə, İrana qarşı qabaqkı sanksiyalar bu sahədə İranın nüvə hüququndan yararlanmasının diqqət mərkəzində olmasına maneçilik törədə bilməyəcək. İki gün qabaq MAQATE-nin rəhbəri Məhəmməd Əlbəradei də Əz-zaman qəzeti ilə müsahibədə təkidlə bildirib ki, İrana qarşı sanksiyaların tətbiqi nüvə məsələlərinin həllinə yardım etməyəcək. Əlbəradeinin sözlərinə görə, İran kütləvi qırğın silahlarının yayılmamasına dair NPT müqaviləsinin üzvüdür və İran nüvə enerjisini idxal deyil ixrac etmə hüququna malikdir.
MAQATE-nin Baş Direktoru təkidlə bildirib: İran dəfələrlə açıq-aşkar şəkildə bildirib ki, uranın saflaşdırılması prosesinin dayandırılmasını qəbul etmir və bu da tam məntiqlidir. Çünki İran NPT müqaviləsinin üzvlərindən biridir.