arannews:parstoday-Pezeşkian: Şəhid Həniyyənin öldürülməsi cavabsız qalmayacaq İran İslam Respublikasının prezidenti İordaniyanın xarici işlər naziri ilə görüşündə bəyan edib ki, şəhid Həniyyənin qətli sionistlərin böyük səhvi oldu, cavabsız qalmayacaq.
Məsud Pezeşkian avqustun 4-də İordaniya Krallığının xarici işlər naziri Əymən əl-Səfdin qəbulu zamanı sionist rejimin Qəzzədə məzlum fələstinlilərə qarşı təcavüz və cinayətlərini dayandırmaq üçün islam ölkələrinin birliyini vacib məsələ adlandırıb.
İran hökumətinin başçısı Tehranda HƏMAS lideri şəhid İsmayıl Həniyyənin qorxaqcasına öldürülməsinə toxunaraq, bunu bütün beynəlxalq qanunlara zidd bir hərəkət və sionistlərin böyük səhvi kimi qiymətləndirib və deyib: “İran İslam Respublikası bütün İslam ölkələrinin və dünyanın azad insanlarının bu cür cinayətləri şiddətlə qınanamasını, sionistlərin bu təkəbbürünün cavabsız qalmayacağını gözləyir.
O, həmçinin hazırda bəzilərinin haqq ilə batilin yerini dəyişməyə çalışdıqlarını bildirərək, əlavə edib ki, Azadlığın, demokratiyanın və insan haqlarının ən böyük düşmənləri bütün güclərini terror və iyrənc cinayətlər üçün istifadə etsələr də, özlərini azadlıq, demokratiya və insan haqlarının müdafiəçisi kimi qələmə verir, onlara tabe olmayanları bu prinsip və dəyərlərin düşməni kimi tanıtdırırlar.
Görüşün davamında prezident ümidvar olduğunu bildirib ki, İran və İordaniya arasında əlaqələrin genişləndirilməsi ilə bağlı diplomatik nümayəndə heyətlərinin danışıqları daha tez yekunlaşacaq və beləliklə, iki İslam ölkəsi bir-birinin imkanlarından faydalanmaqla yanaşı, dostluq və konstruktiv əməkdaşlıq yolunda addımlayacaqlar.
İordaniya Krallığının xarici işlər naziri Əymən əl-Səfdi də prezidentə işində uğurlar arzuladığını bildirərək, İordaniyanın İslam Respublikası ilə əlaqələrini genişləndirməyə və dərinləşdirməyə, sabitliyin bərqərar olması üçün birgə səylər göstərməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, İordaniya lap əvvəldən sionist rejimin Qəzzəyə qarşı qəddar təcavüzünü qəti şəkildə pisləyib.
İordaniyanın xarici işlər naziri həmçinin ölkəsinin şəhid Həniyyənin qətlini pisləməsinə işarə edərək, bu hərəkəti Netanyahunun bölgədəki münaqişələrin miqyasını genişləndirmək cəhdi hesab edib.
-