Tarix : 2024 Aug 08
Kod 64925

Prezident fransalı həmkarının telefon zənginə cavabında: Qərblilər sionist rejimə dəstəyi dayandırmalıdır

Prezident Fransa Prezidenti ilə telefon danışığında İranın sionist rejimin cinayətinə layiqli cavab vermək hüququnu vurğulayaraq deyib: “Əgər qərblilər regionda təhlükənin qarşısını almaq istəyirlərsə, sionist rejimə dəstəyi dərhal dayandırmalıdırlar.”
arannews:irna-Doktor Məsud Pezeşkiyan Fransa Prezidenti Emmanuel Makronun telefon zənginə cavabında, sionist rejimin HƏMAS Siyasi Ofisinin rəhbəri İsmalyıl Həniyyənin şəhadəti ilə nəticələnən terror aktının ardınca bölgədə alovlanmanın artması ilə bağlı narahatlıq ifadə edən və İrandan təmkin göstərməyi xahiş edən həmkarına bildirib: “İran İslam Respublikası regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin yaradılmasında, gərginlik, təhlükə və müharibənin qarşısının alınmasında həmişə əsas rol oynayıb, lakin sionist rejim Qəzzənin məzlum və müdafiəsiz xalqına qarşı öz cinayətkar və terrorçu hərəkətləri, həmçinin İranın rəsmi qonağı kimi şəhid Həniyyəni terror etməklə bölgədə müharibə alovlandırır, Amerika və Qərb ölkələri də bu rejimi qınamaq əvəzinə cinayət, soyqırım və terror törətməkdə dəstəklədilər.”

Prezident İranın bu hərəkətlərə lazımi cavab vermək hüququnu özündə saxladığını vurğulayaraq, sionist rejimin İran İslam Respublikasının Dəməşqdəki səfirliyinə hücumu, həmçinin Tehranda HƏMAS-ın Siyasi Ofisinin rəhbərinin terror edilməsindən sonra Amerika və Qərb ölkələrinin passiv davranışlarını tənqid edərək deyib: “Amerika və Qərb ölkələri ziddiyyətli və ikili yanaşma sərgiləyərək, heç bir beynəlxalq qanun-qaydalara əməl etməyən, regionda heç bir cinayət əməli törətməkdən çəkinməyən bir rejimi dəstəkləyir və son dərəcədə təəssüflüdür ki, belə hərəkətlərin hədəfi olan ölkələri cavab verməməyə və təmkinli olmağa çağırırlar.”

​​​​​​
  • Yazılıb
  • da (də) 2024 Aug 08
  • Göndərən رضا رستمی