İran İslam Respublikasının BMT-dəki nümayəndəsi İranın özünümüdafiə haqqının Qəzzada atəşkəslə heç bir əlaqəsi olmadığını bildirib və elan edib: İran və ABŞ arasında mesajların ötürülməsi üçün həmişə birbaşa və vasitəçi rəsmi kanallar olub. Tərəflər təfərrüatların məxfi saxlanmasına üstünlük verirlər.
arannews: parstoday-İran İslam Respublikasının BMT-dəki nümayəndəsi yerli vaxtla cümə günü İranın İsrail rejiminə cavabını atəşkəslə bağlı gələn həftə keçiriləcək danışıqlara qədər təxirə salacağı, həmçinin İran və Amerika arasında mövcud mesaj ötürmə kanalları ilə bağlı sualları cavablandırıb: Qəzzada qalıcı atəşkəsin yaradılması bizim prioritetimizdir; HƏMAS-ın qəbul etdiyi hər hansı razılaşma bizim tərəfimizdən qəbul ediləcək. İranın BMT-dəki nümayəndəsi əlavə edib: İsrail rejiminin son terror aktında milli təhlükəsizliyimiz və suverenliyimiz pozulub. Bizim qanuni müdafiə haqqımız var və bunun Qəzzada atəşkəslə heç bir əlaqəsi yoxdur; Amma ümid edirik ki, cavabımız vaxtında olsun və mümkün atəşkəsə zərər vurmasın.