Prezident Əl-Dərc məhəlləsində fələstinli qaçqınların yerləşdiyi məktəbə vəhşicəsinə gecə hücumu və yüzdən çox qaçqının şəhid olmasına münasibət bildirərkən vurğulayıb: “Beynəlxalq qurumlar və İslam ölkələri sionist rejimin insanlığa qarşı cinayətlərinin təkrarlanmasının qarşısını almaq üçün maksimum səy göstərməlidir.”
arannews:irna-Doktor Məsud Pezeşkiyan 10 avqust şənbə axşamı bəyanat yayaraq, sionist qəsbkar rejimin Əl-Dərc məhəlləsində fələstinli qaçqınların yerləşdiyi məktəbə vəhşicəsinə gecə hücumu və yüzdən çox qaçqını şəhid etməsi ilə bağlı qeyri-insani və qəddar hərəkətini kəskin şəkildə pisləyərək bildirib: “Sionist rejim bu soyqırımları ancaq insan haqlarını iddia edən hökumətlərin dəstəyi sayəsində həyata keçirir. Bu hökumətlər və qurumlar bir tərəfdən sülh və atəşkəs üçün danışıqlarda israrlıdırlar, digər tərəfdən də bu qəddar rejimi dəstəkləməkdə özləri üçün heç bir hədd tanımırlar. İnsan haqları təlimlərinə, İslam mədəniyyəti və baxışına əsasən, onlar bu ikili davranışları ilə bütün bu acı hadisələrdə mütləq uşaq öldürən rejimin ortaqlarıdırlar.” Dövlət başçısı əlavə edib: “Qəsbkar sionist rejim Qəzzədə cinayət və soyqırımın davamında Əl-Dərc məhəlləsində fələstinli qaçqınların yerləşdiyi məktəbə gecə saatlarında amansız hücum edərək 100-dən çox qaçqını şəhid etməklə qəddarlıq və cinayətlə dolu qara rekorduna daha bir rüsvaylıq ləkəsi əlavə etdi və dünyanın bütün oyaq və azad vicdan hisslərini yaraladı.”
Pezeşkiyan bəyanatında vurğulayıb: “Şübhəsiz ki, bu cür cinayətlərin təkrarlanması bu rejimin cinayətkar başçılarının Qəzzə xalqının müqaviməti qarşısında təhqir olunması və aciz qalması hissindən qaynaqlanır, həmçinin işğal olunmuş ərazilərdə geniş vüsət almış və sionist cinayətkar dəstəni süqut yoluna çıxaran daxili böhranlar və səmərəsizlikləri ört-basdır etmək məqsədi daşıyır.”