İslam İnqilabının Keşikçilər Korpusunun komandan əvəzi Müəzzəm Rəhbərin sionist rejiminin cəzalandırılması üçün verdiyi əmrin ən yaxşı şəkildə icra ediləcəyini təkidlə vurğulayıb.
arannews:parstoday-Müəzzəm Rəhbərin sionist rejiminin cəzalandırılması üçün verdiyi əmr mükəmməl şəkildə icra ediləcəkdir. Briqada generalı Əli Fədəvi “Əl-Məyadin” televizya şəbəkəsinə verdiyi müsahibədə deyib ki, İslam İnqilabının Ali Məqamlı Rəhbərinin işğalçıların ağır cəzalandırılması və şəhid Həniyyənin inriqamının alınması üçün verdiyi göstəriş tam şəffaf və aydındır.
İslam İnqilabının Keşikçilər Korpusunun komandan əvəzi təkidlə bildirib ki, İnqilab Rəhbərinin verdiyi əmr mümükün olduqca ən yaxşı şəkildə icra ediləcəkdir və bu məsələ İranın hazırkı vəzifəsidir.
General Fədəvi Yəhya Sinvarın HƏMAS-ın rəhbərliyinə seçilməsi haqda da açıqlama verib.
“Sinvarın seçilməsi yəni, Həmas hərakatının başlatdığı müqavimət xətti sonadək davam edəcəkdir”-deyə Əli Fədəvi əlavə edib.