Tarix : 2024 Aug 12
Kod 64931

“Cəzasızlıq” sionist rejimini cinayət törətməyə həvəsləndirib

Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri deyib: Biz hesab edirik ki, rejimin “cəzasızlığı” onun cinayət törətmək ehtimalını artırıb və İslam ölkələrinin birgə və koordinasiyalı bir hərəkətlə Fələstin xalqına əməli dəstək verərək Qəzzada fələstinlilərin soyqırımını dayandırması zəruridir.
arannews:parstoday-İran İslam Respublikasının Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri Kəni virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda deyib: İndoneziya Xarici İşlər Naziri ilə telefon danışığında biz bölgədəki son hadisələr və işğalçı rejimin cinayətləri ilə bağlı fikir mübadiləsi apardıq.

O əlavə edib: Biz hesab edirik ki, rejimin “cəzasız qalması” onun cinayət törətmək ehtimalını artırıb və İslam ölkələrinin birgə və koordinasiyalı bir hərəkətlə Fələstin xalqına əməli dəstək verərək Qəzzada fələstinlilərin soyqırımını dayandırması zəruridir.

Baqiri qeyd edib: Belçikanın xarici işlər naziri ilə telefon danışığında sionist rejimin dinc əhalini, uşaqları və qadınları kütləvi şəkildə qətlə yetirməklə bəşər cəmiyyətində yeni vəhşiliklər nümayiş etdirdiyini vurğuladım.

Diplomatik qurumun rəhbəri bildirib: İran İslam Respublikası beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi çərçivəsində özünümüdafiə hüququndan istifadə etməklə iki əsas məqsəd güdür; öz suverenliyini və ərazi bütövlüyünü qorumaq və İsrail rejiminin regional müharibə yaratmaq istəyinin reallaşmasının qarşısını almaq.

  • Yazılıb
  • da (də) 2024 Aug 12
  • Göndərən رضا رستمی