Prezident deyib: “Dünya xalqları Almaniya başda olmaqla Avropa ölkələrindən sionist rejimə dəstək vermək əvəzinə Qəzzədə sionistlərin törətdiyi soyqırıma son qoyulmasında təsirli rol oynamasını gözləyirlər.”
arannews:irna-Məsud Pezeşkiyan Almaniyanın Baş naziri Olaf Şultsun bu bazar ertəsi günortadan sonra telefon zənginə cavabında İran və Avropa ölkələri arasında münasibətlərin yaxşılaşdırılması üçün maneələrin aradan qaldırılmasının zəruri olduğunu vurğulayaraq deyib: “İran İslam Respublikası Almaniya da daxil olmaqla bütün Avropa ölkələri ilə dostluq, qarşılıqlı etimad və qarşılıqlı hörmət əsasında əlaqələri inkişaf etdirmək istəyir.” Prezident regional və qlobal sülh, sabitlik və təhlükəsizliyi qorumaq və təşviq etməyi İran İslam Respublikasının əsas siyasətlərindən olduğunu bəyan edərək deyib: “Sionist rejim Qəzzədə cinayət və soyqırımı davam etdirdiyi, bütün beynəlxalq müqavilə və qanunları pozaraq, digər ölkələrdə də terror fəaliyyətinə əl atmaqla regionun təhlükəsizliyi və dünya sülhünü ciddi problem və böhranla üzləşdirdiyi bir şəraitdə dünya xalqları Almaniya başda olmaqla Avropa ölkələrindən bu rejimə dəstək vermək əvəzinə Qəzzədə sionistlərin törətdiyi soyqırıma son qoyulmasında təsirli rol oynamasını gözləyirlər.”
Bu telefon danışığında Almaniyanın Baş naziri Olaf Şults da doktor Pezeşkiyanı İran xalqının Prezidenti seçilməsi münasibəti ilə təbrik edib, onun dəyərli mövqelərini yüksək qiymətləndirib və ölkəsinin İranla bütün sahələrdə əlaqələrin yaxşılaşdırılmasına hazır və maraqlı olduğunu vurğulayıb.
Almaniyanın Baş naziri həmçinin regionda sülh və təhlükəsizliyin bərqərar olmasını Almaniyanın Qərbi Asiyaya və dünyaya yanaşmasının prioritet istiqamətlərindən biri olduğunu bəyan edib, Qəzzədə müharibə və zorakılığın dərhal dayandırılmasının və bu ərazidə atəşkəsin yaradılmasının vacibliyini qeyd edib.