Tarix : 2024 Aug 13
Kod 64934

Baqiri: İran və Çin sionist rejimin təcavüzünü dayandırmaqda və Qəzzada atəşkəsdə israrlıdırlar

Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri deyib: Çinin xarici işlər naziri ilə təmasda İran daxilində terror törədilməsinin qəti şəkildə pislənməsi və İsrail rejiminin təcavüzünün dayandırılması və Qəzzada dərhal atəşkəsin yaradılması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyi barədə razılığa gəldik.
arannews:parstoday-İran İslam Respublikasının Xarici İşlər Naziri vəzifəsini icra edən Əli Baqiri Kəni virtual məkanda şəxsi hesabında paylaşdığı mesajda deyib: Çinin xarici işlər naziri cənab Vanq Yi ilə telefon danışığında , son regional hadisələr, o cümlədən uşaq qatili sionist rejiminin hərəkətləri ilə bağlı mən Livan və Yəməndəki son təhlükəli hərəkətlər və Tehranda şəhid Haniyənin terror edilməsi ilə gərginliyin Qəzzədən kənarda genişlənməsini müzakirə etdim.

O əlavə edib: Mən həmçinin İranın regionun sabitliyi və təhlükəsizliyini təmin etmək üçün müvafiq cavab vermək və caydırıcılıq üçün qanuni haqqı olduğunu vurğuladım. Hər iki tərəf bu hərəkətin qətiyyətlə pislənilməsi və rejimin təcavüzünün dayandırılması və Qəzzada dərhal atəşkəsin yaradılması üçün beynəlxalq ictimaiyyətin birgə səylərinin zəruriliyi barədə razılığa gəliblər.

Diplomatik xidmətin rəhbəri vurğuladı: Çinin xarici işlər naziri İranın öz suverenliyini, təhlükəsizliyini və milli şərəfini müdafiə etmək üçün qanuni səylərini dəstəkləyib və regionda sülh və sabitliyin qorunması üçün İranla yaxın münasibətlər qurmaq istəyini ifadə edib.

  • Yazılıb
  • da (də) 2024 Aug 13
  • Göndərən رضا رستمی