Tarix : 2024 Aug 14
Kod 64936

İranın müdafiə nailiyyətlərindən hansı daha qabaqcıldır? “Xatəmül-Ənbiya” mərkəzi qərargahının rəis müavini Moskvada cavab verdi

Xatəmül-Ənbiya (s) mərkəzi qərargahının koordinasiya üzrə rəis müavini deyib: Müdafiə sənayesinin bir çox nailiyyətləri PUA-ların və raketlərin gücünə bərabərdir və İran İslam Respublikası hərbi istehsalın müxtəlif sahələrində yaxşı addımlar atıb.
arannews:parstoday-Bu sözləri briqada generalı Əli Şadmani Moskva yaxınlığındakı Patriot parkında “Ordu 2024” adlı 10-cu Rusiya Beynəlxalq Hərbi Texniki Sərgisində İran İslam Respublikasının stendini ziyarət edərkən İRNA-nın müxbirinə müsahibəsində deyib.İranın yüksək rütbəli hərbi nümayəndə heyətinin rəhbəri ölkəmizin stendində nümayiş etdirilən avadanlıqlardan hansının Rusiya və digər iştirakçı ölkələrin ziyarətçiləri və rəsmiləri tərəfindən daha çox maraq və sifariş alması sualına cavab olaraq deyib: Bizim PUA-larımızın nüfuzu dünyada səs salıb. Buna görə də, hər bir ölkə ilk olaraq bizim dronlarımızı və əlbəttə ki, raketlərimizi görmək istəyir.O, qeyd etdi: PUA-ların özünü göstərməsi üçün arena mövcud olub. Halbuki, İranın müdafiə sənayesinin bir çox nailiyyətləri eyni xüsusiyyətlərə malikdir.
  • Yazılıb
  • da (də) 2024 Aug 14
  • Göndərən رضا رستمی