Xarici işlər nazirinin səlahiyyətlərini icra edən Əli Baqiri deyib: Təcrübə göstərir ki, sionist hərbi və təhlükəsizlik vəhşiliyi qarşısında susmaq bu şər məxluqu daha azğınlaşdırır.
arannews:irna-Ölkəmizin xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kəni və Yaponiyanın xarici işlər naziri Yoko Kamikava cümə axşamı, 15 avqust günü ikitərəfli əlaqələri və mühüm regional məsələləri, xüsusilə də Qəzzada sionistlərin cinayəti və soyqırımını müzakirə edib və məsləhətləşiblər. Baqiri bu söhbətdə Tehran və Tokio arasında diplomatik nümayəndə heyətlərinin intensiv gediş-gəlişinə, xüsusilə də Yaponiya baş nazirinin xüsusi nümayəndəsinin ölkəmiz prezidentinin andiçmə mərasimində iştirakına işarə edib və bunu iki ölkə arasında uzun müddət davam edən daimi və köklü əlaqələrin əlaməti hesab edib.
Baqiri Kəni mülki hədəflərin, o cümlədən məktəblərin, məscidlərin, xəstəxanaların və digər şəhər infrastrukturunun və obyektlərinin bombalanması və dağıdılması, Qəzzada dinc əhalinin vəhşicəsinə öldürülməsi də daxil olmaqla, son 10 ayda müharibə cinayətlərinin, insanlığa qarşı cinayətlərin və sionist rejim tərəfindən fələstinlilərin soyqırımının bariz nümunəsi hesab edib və deyib: Bu dözülməz vəziyyətin əsas səbəbi bir tərəfdən ABŞ və bəzi digər Qərb ölkələrinin Təl-Əvivdə hökm sürən cinayətkar dəstəyə yardım etməsi, digər tərəfdən isə bəzi Qərb ölkələri bu irqçi rejimin açıq-aşkar cinayətinə qarşı susqunluğu və hərəkətsizliyidir.