İran yeni elmlərdə xüsusi ilə nano-texnologiya da bir çox ölkələrdən önə keçib və iranlı gənc alimlərin ixtiraları yaxın gələcəkdə hamını heyrətləndirəcəkdir
İran servisi/Aran Agentliyi
Amerikanın News Week həftəliyi İranın elmi inkişaf sürətini heyrətləndirici adlandırıb. News Week özünün son nömrəsində belə yazıb: Amerika bəzi Avropa ölkələrinin özlərinin media xəbərləri və təbliğatlarını İranın siyasi hövzəsinə təmərküzləşdirdikləri bir halda, İran universitetlərinin tələbələri elm sahələrində supre ulduz kimi öz beynəlxalq şöhrətlərini artırmaqdadırlar.
Neçə müddət öncə, Tehranın Şərif adlı sənaye universitetinin qonağı olmuş fizika üzrə Nobel mükafatı laureatı professor Borton Riçer Vaşinqton Post qəzeti ilə müsahibədə vurğulayıb: İran yeni elmlərdə xüsusi ilə nano-texnologiya da bir çox ölkələrdən önə keçib və iranlı gənc alimlərin ixtiraları yaxın gələcəkdə hamını heyrətləndirəcəkdir.
Professor Riçer ümid edir ki, iranlı alimlərin elmləri elmin bir çox mürəkkəblikləri və həll edilməyən məsələlərin həllinə yardım edəcək.